Rusiya XİN Cavad Zərifin səs yazısına münasibət bildirib

 

"Biz İranın rəsmi mövqeyinə istinad edirik”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə İran XİN başçısı Məhəmməd Cavad Zərifin səs yazısının yayılmasına münasibət bildirərkən deyib.

"Biz İranın rəsmi mövqeyinə istinad edirik. Rusiyanın həlledici köməyi olmasaydı, İranın nüvə sazişi olmazdı. Rusiya İranla əməkdaşlığı genişləndirmək niyyətindədir. Biz tərəfdaşlarımızla münasibətləri sözlərə görə deyil, işə görə mühakimə edirik”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Qərb mətbuatında İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısı yayılıb. Həmin səs yazısında Zərif bildirib ki, Moskva İranın ABŞ-la nüvə sazişinə mane olmağa çalışıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300