İrəvanda Atatürkə görə Qandinin heykəlini yandırıblar -VİDEO

 

Ermənistanda belə fikir formalaşmışdı ki, Pakistan Azərbaycanın dostu olduğuna görə Hindistanla yaxınlaşmaq lazımdır.

Bu düşüncə tezliklə İrəvanda Asiya dövlətinin milli lideri Mahatma Qandiyə heykəl ucaldılmasıyla nəticələnmişdi. Amma ermənilər bu günlərdə Qandinin abidəsinə od vurmaqla çoxlarını təəccübləndirib.

Bizimyol.infoxəbər verir ki, İrəvanda heykəlin yandırılması böyük rezonans doğurub. Məsələ sosial şəbəkələrin Ermənistan seqmentində gündəmə çevrilib. İrəvan meriyası hadisəni qınayıb. Qurumun mətbuat katibi Akop Karapetyan yerli mediaya açıqlamasında deyib ki, polis günahkarları tapıb cəzalandırmalıdır.

"Çox xoşagəlməz vəziyyətdir, bizə başucalığı gətirmir. Təəssüf ki, İrəvanda baş vermiş ilk belə hadisə deyil. Buna ciddi qiymət vermək lazımdır. Paytaxtda yüzlərlə abidə var, hər birini qorumaq üçün xüsusi tədbir həyata keçirmək fiziki baxımdan mümkün deyil”.

Qandinin heykəli tam uçmasa da, yararsız vəziyyətə düşüb. Abidəni bərpa etmək mümkün görünür. İrəvan meriyası tədbir görəcəyinə söz verib.

Bəs heykəl niyə yandırılıb? Bunun üçün abidənin ucaldılması məqsədinə nəzəryetirmək kifayətdir. Ermənistan hökuməti Kəşmir hadisələrində məhz Hindistanın yanında olduğunu açıqlamışdı. Çünki Pakistan Qarabağ məsələsində Azərbaycana açıq dəstək nümayiş etdirirdi. Heykəl ucaldıldı, amma proses həm də müəyyən narazılıqlar fonunda baş tutdu. Çünki hələ o vaxt Qandinin Osmanlı İmperiyası ilə yaxşı əlaqələri olmasını qabardanlar var idi. Hindistanın milli lideri Türkiyənin yaradıcısı Mustafa Kamal Atatürkə pərəstiş göstərməsini gizlətmirdi. O, ingilislərə qarşı mübarizədə məhz bu şəxsiyyəti nümunə seçmişdi.

Qarabağ müharibəsində darmadağından sonra Ermənistan cəmiyyətində aqressiya artıb. Ermənilər məğlubiyyəti heç cür həzm edə bilmirlər. Yerli mətbuat da yazır ki, son vaxtlar sosial şəbəkələrdə Qandinin Atatürk haqqında ifadələri xatırlanmağa başlanmışdı. Görünür, heykəli yandıranlar da həmin sözlərdən təsirlənib. İndi Ermənistanda çoxunun yadına Hindistanın Pakistanla qarşıdurması düşmür. Türkiyənin Azərbaycana qələbədə kömək etməsi erməniləri çox sarsıdıb. Acığı da heykəldən çıxıblar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300