Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib

 

Onlayn şahmat üzrə Çempionlar Turunun V mərhələsi olan "New İn Chess" adlı turnirə start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın iki şahmatçısı Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mübarizəyə başlayıb.

İlk turda Şəhriyar "qaralar”la Hikaru Nakamura (ABŞ), Teymur "ağlar”la Qaveyn Consla (Böyük Britaniya) görüşüb. Hər iki qarşılaşmada ağ fiqurların sahibi qələbə qazanıb.

Şahmatçılarımızın ikisi də II turda "ağlar”la oynayıb. Şəhriyar Alireza Firuzya (FIDE), Teymur Aryan Tari (Norveç) ilə qarşılaşmadan qalib ayrılıb.

Təmsilçilərimizin qara fiqurlarla oynadığı III turda Rəcəbov prinsipial rəqibi Levon Aronyanı (Ermənistan), Məmmədyarov isə Yan Kşiştof Dudanı (Polşa) sınağa çəkib. Şəhriyarın ardıcıl 2-ci qələbəsini qazandığı turda Teymur yarım xalla kifayətlənib.

Qeyd edək ki, dünya çempionu Maqnus Karlsen istisna olmaqla planetin ən güclü şahmatçıları Rusiyada təşkil olunan İddiaçılar turnirində mübarizə apardığından heyəti o qədər də güclü olmayan "New İn Chess"də 16 iştirakçı qüvvəsini sınayır. 3 gün ərzində dairəvi sistemlə mübarizə aparacaq şahmatçılar 1/4 finala 8 vəsiqənin sahibini müəyyənləşdirəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300