Nə üçün Zəngəzur deyirik?

 

İlhami Cəfərsoy


Zəngəzur mahalının rus işğalından əvvəlki adı Zəngi dərə olmuşdur. Zəngi qədim türk nəsillərindən biridir. Zəngi dərəsindən axaraq Araza tökülən çay da Zəngi çayı adlanırdı. Ermənilər Azərbaycan torpaqlarına köçürüləndən sonra çoxlu yer adlarımızı xəritələrdən sildilər. Zəngi çayına Razdan, Zəngi dərə mahalına Zəngəzur adı verdilər. Dzor erməni dilində dərə deməkdir.

İlk kitabını Paskeviçin tapşırığı ilə yazsa da, İvan Şopen belə bir gerçəkliyi gizlədə bilmir ki, Zəngi çay, kənd, mahal adları Türkiyədə, Əfqanıstanda, Türkmənistanda da vardır (Шопен 1852.s.243).

Biz qədim və orta yüzil səyyahlarının tərtib etdikləri xəritələri axtarıb tapmaq əvəzinə son yüz ildə verilən saxta bilgilərə inanırıq, bir şeirdə deyildiyi kimi:

Yəhərlənmiş day gəzirik

Yalmanına yatmaq üçün,

Dayazlığa baş vururuq

Dərinliyə çatmaq üçün.

İngilis şəqşünas alimi K.E.Bosfort "Müsəlman sülalələri” kitabında yazır ki, Zəngi Məlik şahın qoşun başçılarından biri Ak Sunqurun nəslidir. Onlar səlcuqların zamanında güclənərək 1127-1222-ci illərdə Mosul atabəyləri oldular (Босфорт 1971.s.169).

Zəngi nəslindən Səəd ibn-Zəngi Atabəy Özbəyin zamanında Qəzvin şəhərinin hakimi olmuşdur. 1721-ci ildə Osmanlı ordusu qərargahının tərtib etdiyi "Dəftəri-müfəssəli-Tiflis”də yazılıb ki, Gürcüstanın Baydar mahalında Zəngi Şamlı adlı türk tayfası yaşayır. Bu məlumat onu göstərir ki, Zəngi oymaqları monqolların gəlişindən sonra Şamdan, Mosuldan, Qəzvindən Qafqaz dağlarının ətəklərinə köçmüşdür.

Zəngilərin bir oymağı da Xəzər dənizinin şərqində yaşayırdı. Onlar qaraqalpaqların Altı Ata boy birliyinin tərkibində idilər (Жданко 1950.s.46).

Zəngilan şəhərinin, Ağdamın Zəngişalı kəndinin, Şirvandakı Səngi Muğan çölünün adları qədim zəngi etnonimi ilə bağlıdır. Eradan əvvəl II-I minilliyə aid Assuriya və Urartu qaya yazılarında onların adı vardır. Həmin mixiyazılı mənbələrdə onlar Zanqi, Zanqi butu adlandırılır.

Zəngi teonim mənşəli etnonimdir. İslamiyyətdən və xristianlıqdan əvvəlki Ön Asiya etnoslarının panteonunda o, qoruyucu ruhlardan biridir.

Kazan tatarları son zamanlara qədər Zanqi baba adlı bir ruhan dualar oxuyurdular. Onların inancına görə Zanqi baba buzovları xəstəliklərdən, yırtıcı heyvanlardan qoruyur.

Zəngi dərə yeganə yer adı deyil ki, ermənilər onu hibridləşdiriblər. Onlar Azərbaycanın Durna şəhərinin adını Trnavan şəklinə salmışlar.

Azərbaycanın ən qədim şəhərlərindən biri Durna şəhəri idi. Həmin şəhər Xoy mahalında yerləşirdi. Ermənilərin iddialarına görə Trnavan erməni şəhəri, Trnaqan erməni nəslidir.

Onlardan bir qədər fərqli olaraq İ.İ.Şopen yazır ki, Musa Xorenlinin tarixindəki şəhərin adı Turna olmuşdur. Ancaq o, turna, yəni durna sözünün türk mənşəyi barədə bir söz demir (Шопен 1852.s.58,83; Шопен 1866.s.54).

Əbdürrəşid Bakuvi yazır ki, Torna türk tayfasıdır. Onlar durnaya sitayiş edirlər (Бакуви 1971.s.111).

Totemi durna olan soydaşlarımız Türkiyədə də yaşayırdılar. Onların öz təriqət şeyxləri var idi. Onlardan biri Əhməd Yəsəvi ayin zamanı durna donuna girərdi. Durna teli taxılmış börk qoyardı. Durna lələyindən hazırlanmış əba geyinərdi.

Durna şəhəri eradan əvvəl II minilliyə aid Assuriya yazılarında xatırlanır. Ermənilər iddia edirlər ki, türklər Ön Asiyaya XI əsrdə gəliblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300