Yoluxma sayı artarsa, karantin rejimi sərtləşdiriləcək –TƏBİB (VİDEO)

Təəssüflər olsun ki, koronavirus pandemiyasının payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar öz təsdiqini tapmağa başlayır. Yay mövsümündə yoluxma sayının azaldığı ölkələrdə sentyabrda yenidən yoluxma sayında aktivləşmə qeydə alınmağa başlayıb. Azərbaycanda da avqusta nisbətən yoluxma sayında artım qeydə alınır. Vətəndaşlar qaydalara riayət etmədiyi, tibbi maska taxmağı təqdirdə yoluxmanın daha da artacağı ehtimal edilir.

Valyuta.az xəbər verir ki, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev ARB TV-nin efirində yayımlanan "Günə doğru” verilişində, iyuldakı kimi yoluxma sayı artarsa, karantin rejiminin yenidən sərtləşdirilə biləcəyini diqqətə çatdırıb.

Vasif Əliyev, daha da diqqətli olmağı tövsiyə edib:

"Yumşaldılmaya gedilməsi o demək deyil ki, artıq biz bu bəladan tam qurtulmuşuq. Ara məsafəsi qorunmalıdır, özəlliklə qapalı məkanlarda maska taxılmalıdır, şəxsi gigiyena qaydalarına mütəmadi olaraq əməl olunmalıdır ki, biz bu xəstəlikdən özümüzü qoruya bilək”.

Həmçinin uşaqların tibbi maskadan istifadə etməsi mövzusuna da toxunan həkim-İnfeksionistin sözlərinə görə, uşaqların tibbi maskadan istifadəsi mütləq deyil:

"10 yaşdan aşağı olan uşaqlarda, ibtidai sinifə gedən uşaqlarda maskanın istifadəsi ilə bağlı dünyada tövsiyə yoxdur. Çünki böyük insanlar belə maskadan düzgün istifadə edə bilmir, ona görə də uşaqların bunu yalnış istifadə etməsi xeyirdən çox zərərə səbəb ola bilər”.

Payız ayları həm də qrip virusunun daha çox aktiv olduğu aylardır. Qriplə COVİD-19-un əlamətləri çox bənzərdir. Bəs koronavirus infeksiyasını qripdən fərqləndirən cəhətlər hansılardır?

Bu sualı cavablandıran TƏBİB rəsmisi bildirib ki, "COVİD-19”un bəzi əlamətləri var ki, bunlar iy bilmə və dad bilmənin itməsidir:

"Bu, qripdən daha çox koronavirusa aiddir. Eyni zamanda qripdə bəzi dərmanlar istifadə olunur ki, bu dərmanlar COVİD-19-un müalicəsində yararlı deyil”.

Qeyd edək ki, ölkəmizdə 39 mindən artıq şəxs COVİD-19 infeksiyasına yoluxub. Onlardan 36 mindən çoxu sağalıb, 500 nəfərdən çoxu isə vəfat edib.

 

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300