Sahil Babayevin adından 32 nəfər vətəndaşı aldadıblar

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifraişi ilə Qarabağ qaziləri və şəhid ailələri üçün evlər tikən "Şəms 95” MMC işçilərin pullarını vermir. Bu barədə REPORTYOR.info-ya işçilərin özləri məlumat verib.
Onların sözlərinə görə, "Şəms-95” MMC tərəfindən Ağsu rayonuna göndəriliblər. Lakin yanvar ayından bu yana əmək haqlarını ala bilmirlər. İşçilərin əksəriyyəti Tovuz rayonu sakinidir. "Bizi Əmək və əhalinin social müdafiəsi naziri Sahil Babayevin adından işə cəlb ediblər. Ağsuya gətiriblər. Burada Qarabağ qazilərinə və şəhid ailələrinə evlər tikilir. Lakin gördüyümüz işin pulunu ala bilmirik”, – deyə şikayətçilər bildirib

 

 

Şikayətçilər deyib ki, hazırda şirkətin onlara 15 250 AZN borcu var. "Amma bu pulu ala bilmirik. Heç bir söz də demirlər. 32 nəfərik. Ailəmizi Tovuzda qoyub bura işləməyə gəlmişik. Dolanışıq yoxdur deyə, razılaşmışıq. Bizim pulumuzu niyə kəsirlər axı? Ehtiyacımız olmasaydı Tovuzdan Ağsuya işləməyə gəlməzdik ki!”, – deyə onlar əlavə edib.


Araşdırmalarımız zamanı məlum olub ki, "Şəms-95” MMC-dən təkcə Tovuz rayonundan işə cəlb edilənlər deyil, ayrı-ayrı rayonlarda şirkətin apardığı tikinti işlərində çalışan fəhlələr də narazılıq edir. Məsələn, Quliyev Nofəl Nuru oğlu və Qocayev Teymuraz Valeh oğlu bildirir ki, MMC-nin onlara 6 000 AZN borcu var. "Biz santexnik işi ilə məşğuluq. İşləmişik amma pulumuzu ala bilmirik. Bizə 6 000 manat ödənilməlidir”, – deyə şikayətçilər bildirib.


Mediada "Şəms-95” MMC barəsində tənqidi materialların sayı-hesabı yoxdur. Bu materiallarda şirkət əsasən korrupsiyada ittiham edilir. Hətta "Şəms-95” MMC-nin Heydər Əliyev Fondunun vəsaitlərini mənimsədiyi barədə də iddialar var.
REPORTYOR.info-nun əməkdaşı məsələ ilə bağlı "Şəms-95” MMC-nin rəhbərliyi ilə əlaqə saxlamağa çalışıb. Lakin çoxsaylı cəhdlərə baxmayaraq şirkətin rəhbərliyi ilə danışmaq mümkün olmayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300