​Ərdoğan Putini necə dayandırdı? -Türkiyənin uğurunun sirri bu imiş

 

İspaniyanın "El Peridoico” qəzeti Türkiyənin bölgədə qazandığı nüfuzdan, Rusiyaya qarşı uğurlu həmlələrindən bəhs edən məqalə yayımlayıb.

Müəllifə görə, Türkiyənin pilotsuz uçuş aparatlarının rus müdafiə sistemlərinə qarşı əməliyyatları Rusiyanın mövqeyini dəyişməsində əsas rol oynayıb:

"Türk qüvvələri Əsəd rejiminin hücumlarını bir neçə gün ərzində tamamilə dayandırdı. Rus müdafiə sistemləri və çox sayda texnika məhv edildi. Türkiyənin uğurunun bir sirri var idi. Müharibənin açarı olan pilotsuz uçuş aparatlarının imkanlarından uğurlu şəkildə istifadə edildi. Türk İHA-larının vəziyyəti dəyişdiyi digər bölgə Qarabağdır. Azərbaycan əsgərlərinin Türk İHA-larına etimadı çox idi. Liviyada Rusiyanın dəstək verdiyi Xəlifə Haftar Türkiyə qarşısında məğlub olduğu üçün sülh müqaviləsi imzalamaq məcburiyyətində qaldı ”.

Müəllifə görə, pilotsuz uçuş aparatlarına sahib olmaq üstünlük olsa da, əsas məsələ ondan səmərəli istifadə etməkdir. Türklər məhz bunu bacardı. Məqalədə qeyd edilir ki, Ukrayna da eyni üsuldan istifadə edərək, Rusiyanı məğlub etməyi planlaşdırır. Prezident Vladimir Zelenskinin Ankaraya səfəri məhz bununla bağlı idi.//Metbuat.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300