Dünyanın ən böyük aysberqi parçalara ayrıldı
Bir zamanlar dünyanın ən böyük aysberqi hesab edilən A68 aysberqi xırda hissələrə ayrılaraq əriyib.
Musavat.com xarici
KİV-lərə istinadən bildirir ki, A68 aysberqi demək olar ki, artıq yoxdur.
Aysberq 2017-ci ilin iyul ayında Antarktika sərhədindəki Larsen C Kontinental
Şelfindən ölçüsü 175 x 50 km, orta qalınlığı 190 m, kütləsi 1 trilyon ton idi.
ABŞ Milli Buz Agentliyi peykdən çəkilən fotoları yayıb və aysberqin saysız-hesabsız daha kiçik parçalara bölündüyünü, artıq görünmədiyini açıqlayıb.
Aysberq dağıldıqdan sonra cərəyanlar və güclü küləklər sürətlə şimala axın etməyə başlayıb.
Bir çox mütəxəssislər A68 aysberqinin "təbii proses" nəticəsində əridiyini, insanın yaratdığı iqlim böhranı ilə birbaşa əlaqəli olmadığını düşünürlər.