Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Mario Draqiyə cavab verib.

"Report" xəbər verir ki, dövlət başçısı gənclərin "İtaliyanın baş naziri sizə diktator deyib, bu formada ifadələr işlədiləndə nələr hiss edirsiniz" sualını belə cavablandırıb.

"İtaliya baş nazirinin verdiyi açıqlama tamamilə həddini aşmaq və tərbiyəsizlikdir. Türkiyə-İtaliya münasibətlərinin müsbət istiqamətdə inkişaf edəcəyinə ümid bəslədiyimiz bir dönəmdə Draqi adlandırılan şəxs bu formada açıqlama verməklə təəssüf ki, aramızdakı münasibətləri baltalayıb. Rəcəb Tayyib Ərdoğan haqqında bir dəfə belə ifadə işlətmək üçün hər şeydən əvvəl sənin tarixindən xəbərin olmalıdır. Amma gördük ki, xəbəri yoxdur. Biz millətimizin bizə verdiyi güclə xalqımıza xidmət etməyə davam edəcəyik. Ona görə də İtaliya baş nazirinin belə ifadələr işlədib-işlətməməsinə fikir verməyin. Biz öz işimizi görməliyik", - Ərdoğan bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300