Türkiyənin keçmiş baş naziri vəfat edib
Türkiyə Prezidenti yanında Məşvərət Şurasının üzvü, ölkənin keçmiş baş naziri, parlamentin sabiq sədri İldırım Akbulut vəfat edib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, o, aprelin 14-də müalicə aldığı Ankara Universitetinin xəstəxanasında 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İ.Akbulut 1935-ci ildə Ərzincan şəhərində doğulub. O, İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 1984-1987-ci illərdə Turqut Özal hökumətində daxili işlər naziri olub, eyni zamanda 1987-1989-cu illərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri işləyib. İ.Akbulut T.Özal ölkə prezidenti seçildikdən sonra 1989-91-ci illərdə Türkiyənin baş naziri vəzifəsini tutub. O həmçinin 1999-2000-ci illərdə yenidən TBMM-in sədri vəzifəsində çalışıb.