Paşinyan: Türklər əlbəttə ki, düşməndir, ancaq bundan sonra neyləyəcəyimizi anlamalıyıq

 

Türklər və azərbaycanlılar düşməndir və bu məsələ müzakirə olunmur.

"Sputnik”in məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Parlament sədrinin müavini Alen Simonyanın türklərin nəhayət düşmən olub-olmadığı barədə sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, düşmənçilik haqqında müzakirələr Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qalmaqallı bəyanatlarından sonra başlayıb. Belə ki, müsahibələrdən birində ondan Türkiyənin düşmən olub-olmadığı soruşulduqda, Qiqoryan "yanaşmalarımızı yenidən nəzərdən keçirməliyik” deyərək birbaşa cavabdan yayınmışdı.

Paşinyan bildirib ki, bu mövzuda hər hansı müzakirəni ümumiyyətlə anlamır, Ermənistanın tarixi, Qarabağdakı son müharibənin özü bu suala cavab verir.

"Bəli, türklər, azərbaycanlılar bizim düşmənimizdir və onlar da bizi düşmən hesab edirlər. Ancaq məsələ başqadır - bu düşmənçiliklə nə edəcəyik, bu düşmənçiliyi nə vaxta qədər artıracağıq”, - deyə o, bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə bu kontekstdə, belə bir sualı cavablandırmaq lazımdır: ermənilər və türklər qarşılarına bir-birlərini məhv etmək vəzifəsi qoyurlarmı?

"Düşünürəm ki, biz belə tapşırıqlar qoymamalıyıq, ancaq onlar da bunu etməməlidirlər. Biz birtərəfli qaydada türklərin düşmən olmadığına qərar verə bilmərik. Tarixən düşmənçilik edirik, amma məsələ bu düşmənçiliyi necə idarə etməyimizdədir”, - deyə Paşinyan əlavə edib.

O, vurğulayıb ki, dünyada bir-biri ilə düşmənçilik edən, ancaq eyni zamanda on milyardlarla dollarlıq ticari dövriyəsi olan dövlətlər var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300