Yuxusuzluq ölümə səbəb ola bilər

 

"Xroniki yuxu çatışmazlığı müasir insanın əsas problemlərindən biridir. Bəzən bu ölümə səbəb ola bilər”.

"Report”un məlumatına görə, bunu "İzvestiya” nəşrinə Volqoqrad Dövlət Tibb Universitetinin Nevrologiya, Neyrocərrahiyyə, Tibbi Genetika kafedrasının müdiri, tibb elmləri doktoru, həkim-somnoloq Olqa Kuruşina deyib.

Onun sözlərinə görə, gün ərzində beş saatdan az yatmaq orqanizmdə bir sıra narahatlıqlara və hətta ölümə səbəb ola bilər:

"Ertəsi gün insan özünü zəif və yorğun hiss edir. İkinci gündə onun idrak funksiyaları mütləq azalır. Yəni yaddaşı, diqqəti, anlayışı və qərar qəbul etmə qabiliyyəti itir. Üçüncü və ya dördüncü gündə bioelektrik fəaliyyət pozuntuları yaranır və epilepsiya tutmaları baş verir.

Beş və ya altı gün yuxusuz qaldıqdan sonra insan beynin işində, ən pis halda ölümə səbəb ola bilən geri dönməz narahatlıqlar yaşanır. Buna görə həyatımızda ən vacib olan şey: yemək, su və ya yuxu soruşulduqda, yuxu daha vacibdir. İnsan yuxusuzluqdan daha tez ölür”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300