Martda qarlı havaların mümkün fəsadları

 

Ekoloq: "Martda qarın yağmasının təsərrüfatlara mənfi təsiri olmayacaq”

Ötən gündən respublika ərazisində hava şəraiti kəskin pisləşib. Ölkədə qar və çovğun müşahidə edilib. Milli Hidrometeorologiya Xidmətinin martın 12-si səhər saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Ağdərədə 29, Şahdağda 28, Kişçayda (Şəki) 20, Daşkəsəndə 19, Göygöldə 15, Qusarda 14, Qubada 12, Qrızda 11, Xaltanda 10, Gədəbəydə 8, Altıağacda 7, Mingəçevirdə 6, Tovuz, Göyçayda 5, Oğuz, Şəki, Qobustan, Xaçmaz, Tərtərdə 4, Gəncə, İmişli, Yardımlı, Lerik, Şabranda 3, Qəbələ, Zaqatala, Bərdə, Zərdabda 2, Naftalanda 1 sm olub.

Düşən yağıntının miqdarı İmişlidə 30 (aylıq normanın 100 faizi), Şərurda 29 (aylıq normanın 88 faizi), Neftçalada 28 (aylıq normanın 96 faizi), Biləsuvarda 28 (aylıq normanın 75 faizi), Beyləqanda 25 (aylıq normanın 88 faizi), Cəfərxanda 24 (aylıq normanın 73 faizi), Salyanda 23 (aylıq normanın 76 faizi), Sabirabadda 20 (aylıq normanın 66 faizi), Ağdərə (Ordubad), Xaçmazda 19, Lənkəranda 18, Naxçıvanda 17 (aylıq normanın 57 faizi), Daşkəsəndə 17 (aylıq normanın 33 faizi), Oğuzda 17, Sədərək, Göygöldə 16 (aylıq normanın 36 faizi) , Zərdabda 16 (aylıq normanın 56 faizi), Şəkidə 15, Bərdədə 15, Kişçay (Şəki), Sarıbaşda (Qax) 15, Zaqatala, Göyçayda 14 (aylıq normanın 31 faizi), Qəbələ, Quba, Qusarda 12, Tovuz, Balakən, Astarada 11, Yardımlı, Şabranda 10, Şahbuz, Yevlax, Kürdəmir, Lerik, Nabran, Binədə 9, Naftalan, Ceyrançöl, Ağstafa, Altıağac, Tərtər, Hacıqabulda 8, Gədəbəy, Gəncə, Şəmkir, Qobustanda 7, Xaltanda 6, Mingəçevirdə 5, Qrızda 3, Ordubad, Şahdağda 2, sulu qarın miqdarı Bakıda 6, Sumqayıt, Maştağada 4 mm olub.

Yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta qeydə alınıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

 

Şimal-qərb küləyinin sürəti Neftçalada 32, Naftalanda 28, Tərtərdə 27, Hacıqabulda 24, Qobustanda 22, Şəmkirdə 21, Gəncə, Altıağac, Bərdədə 20, Şamaxıda 19, Salyan, Biləsuvar, Ağdamda 18, Sabirabadda 17, Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.3 metrə çatıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, aran rayonlarında 0-2 dərəcə, dağlıq rayonlarda 4-6 dərəcə, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olub.


 

Göründüyü kimi, rayonlara xeyli qar yağıb, hələ yağmaqda davam edir. Bir tərəfdən də şaxta və soyuq. Bəs görəsən mart ayına xas olmayan bu cür soyuq hava şəraiti kənd təsərrüfatına, məhsuldarlığa ziyan verməyəcək ki? Ümumiyyətlə, martda qar yağması arzuolunandırmı?

Telman Zeynalov:

 

Telman Zeynalov

Ekoloq Telman Zeynalov mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb:"İstədik-istəmədik, iqlim qurşağında belə bir proses var. Fevral ayının 20-də torpaq oyanır. Mart ayında qar yağsa da, yağmasa da, artıq torpaq oyanıb. Toxumlar orda fəaliyyət göstərir. O ki qaldı qarın yağıb, şaxtaya dönməsinə, yadınızdasırsa, əvvəllər hamı yazırdı ki, su qıtlığı olacaq. Bax, bu su qıtlığının qarşısını alır. Bu sübut edir ki, heç bir su qıtlığı yoxdur. Əvvəllər deyirdilər ki, qlobal istiləşməni karbon qazı yaradır. Zavodları bağladılar, Yer kürəsində insanların 90 faizini işsiz qoydular. Göründüyü kimi, bu, karbon qazından asılı məsələ deyil. Bu, şimal qütbündə olan qütb qasırğası ilə bağlıdır. Həm şimalda, həm də cənubda olan qasırğadır, hər il olur, özü də yüksək atmosfer təzyiqi ilə. Amma qış vaxtı onlar daha da artırlar. Bu il də belə oldu, hər yerə-rayonlarda 40-45 santımetr qar yağır. Bakıda isə yoxdur, yalnız yağış yağır. Düşünürəm ki, qarın yağması nə kənd təsərrüfatına, nə də insanlara mənfi təsir göstərəcək”.

Afaq MİRAYİQ, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300