Bu il "Suraxanı” yatağında hasilat azalacaq

2021-ci ildə "Suraxanı” yatağından 1,13 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.


"Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, 2020-ci ildə yataqdan 1,14 milyon barel neft hasil olunması proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 0,9 % çoxdur.

2019-cu ildə isə bu göstərici 1,12 milyon barel təşkil edib ki, bu da bu ilin proqnoz göstəricisindən 0,89 % çoxdur.

Qeyd edək ki, "Suraxanı" neft yatağı Bakı şəhərindən 16 km şimal-şərqdə, Xəzər dənizi səviyyəsindən 70-75 m yüksəklikdə yerləşir. "Azərbaycan Respublikasında "Suraxanı" neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 16 avqust 2005-ci ildə qüvvəyə minib. Saziş sahəsi 13 km2-dir. Yatağın işlənməsinə 24 avqust 1904-cü ildə Ağcagil mərtəbəsindən 211 m dərinliyə qazılmış 73 204 №-li quyunun fontan üsulu ilə istismara verilməsindən başlanıb. Gündəlik hasilat 35 ton neft olub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300