Sərhədsiz Reportyorlar təşkilatı Turan informasiya agentliyinin direktoru Mehman Əliyevin "qondarma vergidən yayınma” ittihamları ilə həbs edilməsini pisləyir. Bu barədə bəyanat yaymış təşkilat Əliyevin həbsini rejimin müstəqil media orqanına qarşı "təqib kampaniyasının eskalasiyası” kimi qiymətləndirib.

Təşkilat Mehman Əliyevə qarşı basqıların ayın əvvəlində başlandığını bildirib. "Vergidən yayınma və səlahiyyətlədən sui-istifadə etmə” ittihamları ona qarşı irəli sürülməzdən öncə Əliyev Vergilər Nazirliyinə çağrılmış və dindirilmişdi.

Hökumət ona görə Turana təzyiqləri gücləndirir ki, onlar bu qurumu özləri ilə əməkdaşlığa məcbur edə bilməyiblər.

Məhkəmə növbəti 48 saat ərzində Mehman Əliyev haqda həbs qətimakn tədrbinin seçilməsi yaxud onun sərbəst buraxılması haqda qərar qəbul etməlidir.

"Hökumət ona görə Turana təzyiqləri gücləndirir ki, onlar bu qurumu özləri ilə əməkdaşlığa məcbur edə bilməyiblər,” Yohann Bihr, Sərhədsiz reportyorların Şərqi Avropa və orta Asiya bölməsinin rəhbəri deyib.

"Mehman Əliyev Azərbaycanda jurnalizmin pionerlərindən biridir. Onun yeganə cinayəti ölkənin sonuncu müstəqil media orqanına rəhbərlik etməsidir. Biz onun dərhal azad edilməsini və Turana qarşı bütün ittihamların geri götürülməsini tələb edirik.”

7 avqustda başlanmış cinayət işində iddia olunur ki, Turan son bir neçə ildə qazandığı gəlirlərin məbləğini gizlədib. Sərhədsiz Reportyorlar istintaq işini xəbər agentliyinə qarşı yönəlmiş təqib əməli kimi pisləyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300