"Tural Abbaslının Müsavat Partiyasından çıxarılması məsələsi müzakirə olunmur. Ona görə də onu bağışlayıb-bağışlamamaq məsələsi jurnalistlərin xəyalıdır”.

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Ağ Blok” təşkilatının təsisçici  Tural Abbaslının partiyadan kənarlaşdırılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, partiyanın nizamnaməsini pozan şəxsin cəzalandırılması məsələsi də istisna edilmir:  
"Kim nizamnaməni pozacaqsa, kiminsə hərəkətində nizamnaməyə zidd faktlar ortaya çıxacaqsa, həmin şəxs nizamnaməyə uyğun olaraq cəzalandırıla bilər.

Bu, Müsavat Partiyasının bütün üzvlərinə aiddir. Partiya üzvləri öz çıxışlarında, müraciətlərində partiya nizamnaməsinin  tələblərinə uyğun olaraq partiyanın mənafeyinə zidd olmayan qərar verməlidirlər. Çünki Müsavat Partiyası nizamnamə ilə tənzim olunan partiyadır”.

Tural Abbaslı Müsavat Partiyasının üzvü olsa da, parlament seçkilərində iştirak etmək üçün öz təşəbüsü ilə deputatlığa namizədliyini irəli sürüb və qeydə alınıb.  

Bundan başqa o, AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin yeni AXCP yaratmasına münasibət bildirərkən ikincini tanıyacaqlarını istisna etməyib.

Halbuki, ondan əvvəl Müsavat Partiyasının başqanı Arif Hacılı yalnız Əli Kərimlinin sədri olduğu AXCP-ni tanıyacaqlarını bəyan edib.  
 
 MUSAVAT.COM 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300