Məlum olduğu kimi, bir müddətdir ölkənin bir çox saytlarında problemlər yaşanır. Onu da bildirək ki, Nia.az saytında 1 həftədən artıqdır ki,eyni problemlər yaşanıb. Belə ki, NİA.az saytına edilən DDOS hücumları nəticəsində 1 həftədən çoxdur ki, xəbər portalının işi iflic olub. Millətinsəsi.info saytının əməkdaşı bununla bağlı NİA.az saytının baş redaktoru Bəhruz Əliyevlə əlaqə saxlayıb.
NİA.az saytının baş redaktoru Bəhruz Əliyev xəbər portalına edilən hücumla bağlı bildirib ki, müəyyən bir mövzu ilə araşdırma aparan bir çox saytlar eyni problemləri yaşayır:"Əlimizdə tam əminliklə bir fakt olmadığından konkret iddia ilə çıxış etmirik. Maraqlıdır ki, Dövlət Neft Şirkətində onlarla qohumuna vəzifə verən və yüzlərlə yerlisini və yaxınlarını işə düzəldən SOCAR prezidenti Rövnəq Abdullayevin yarıtmaz fəaliyyəti ilə bağlı xəbər portallarında bir yazı yayılan kimi, həmin saytlara haker hücumu təşkil olunur.
Məsələn nia.az saytında dərc olunan SOCAR-ın prezidenti haqda ŞOK FAKTLAR başlıqlı yazıdan sonra nia.az saytına qarşı güclu haker hücumu edildi. Mütəxəssislərin DDOS adlandırdığı bu hücum sutkalarla dayanmadan davam etdi. Nəticədə Nia.az saytı 1 həftədən artıq fəaliyyət göstərə bilmir."
NİA.az saytının baş redaktoru Bəhruz Əliyev onu da bildirib ki, saytımızda Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə bağlı yazılar onu bərk qıcıqlandırıb:"Elə bu səbəbdən Rövnəq Abdullayev bütün vasitələrdən istifadə edərək saytı bu yolla susdurmaq fikrinə düşüb. Digər bir məlumatda isə vurğulanır ki, R. Abdullayev ölkədə bir neçə sayta bağlanmaq əmri verib. Görünür, Neft Şirkətinin prezidenti ölkədə və ölkə xaricində fəaliyyət göstərən hakerlərdən lazımınca istifadə edir”.
NİA.az saytının baş redaktoru Bəhruz Əliyevin sözlərinə görə, indiyə kimi lazımsız məsrəflər etdiyini rəsmən bəyan edən SOCAR rəhbərliyi neftin qiymətinin sürətlə ucuzlaşdığı dövrdə belə xəbər portallarına haker hücumu təşkil etmək üçün xalqın sərvətindən gələn 500-1000 dollar vəsaiti xərcləməyi bilir:"İttihamlara doğru-dürüst şəkildə cavablandırmaq və nə qədər böyük səhv edib, heç olmasa istefa vermək əvəzinə müstəqil medianı bu şəkildə "susdurmaq” da heç bir çərçivəyə sığmır… Əgər SOCAR rəhbərliyi düşünürsə, bu yolla müstəqil medianı susdura biləcək, yanılır. İT mütəxəssisimiz Nia.az portalına edilmiş haker hücumunun mənbəyini müəyyən etmək üçün araşdırma apararaq müəyyən etdi ki, saytımıza eyni vaxtda 100-200 min İP-dən giriş təşkil olunub. Server şirkətindən bizə bildirildi ki, dünyanın 50-dən çox ölkəsindən DDOS hücumu təşkil olunub. Hücumun dəqiq hansı ölkədən təşkil olunduğunu müəyyən etmək onların imkanları daxilində deyil."


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300