Son günlər reket jurnalistikasına qarşı aparılan haqlı mübarizədən ruhlanan bəzi məmurlar peşəkar jurnalistikaya da zərbə vurmaq üçün hərəkətə keçiblər. Belə addım atanlardan biri də Abşeron rayon İcra Hakimiyyətinin başçısı Gülməmmədova İradə Akif qızı olub.


Belə ki, o şəxsi maraqları naminə "Gündəm Xəbər"qəzetinin baş redaktoru Cəfəri Şirin Abbasqulu oğlunu həbs etdirmək üçün xüsusi ittiham qaydasında Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verib. Bu gün məhkəmə prosesi olub və iş Binəqədi rayon məhkəməsinə verilib. Bununla bağlı 10may.az saytına açıqlama verən "Gündəm Xəbər"qəzetinin baş redaktoru Şirin Cəfəri bildirib ki, verilən şikayətin heç bir hüquqi əsası yoxdur və bu məndə başqa bir məqama görə təəssüf yaradır: ” Yadınızdadırsa, bir il öncə Prezident Administrasiyasının rəhbəri , akademik Ramiz Mehdiyev bildirmişdi ki, işə götürmək üçün peşəkar mütəxəssis, hüquqşünas tapmaq çox çətindir. Bu həqiqətən də belədir. Abşeron rayonu kimi böyük bir rayona rəhbərlik edən İradə Gülməmmədovanın atdığı bu cür addım heç bir hüquqi əsası olmayan ittihamla çıxış etməsi məni acıdır. Gör yüz minlərlə sakinə kimlər rəhbərlik edir. Bu gün bəzi məmurların savadsızlığı son nəticədə özbaşınalıqla nəticələnir ki, bunun da nümunəsini Yasamal rayonunda gördük. Rayonun başçısı prezidentin tapşırığına məhəl qoymayaraq məscidi özbaşına sökdürdü və cəzasını aldı. Mən inanıram ki, cənab prezident bu prosesi davam etdirəcək.
İndi isə məsələnin digər tərəfinə baxaq. "Gündəm Xəbər” qəzetinin bu gün hüquqi ünvanı Yasamal rayonundadır və mən heç cür başa düşmədim ki, Xətai rayon məhkəməsi bu işi icrata götürmüşdü və İradə Gülməmmədova hansı məntiqlə bu rayonun məhkəməsinə müraciət edib? İndi isə iş Binəqədi rayonuna göndərilib ki, burada da məntiq görə bilmirəm. Görünən tək budur ki, İradə Gülməmmədova deyəsən hansı rayonda tanış hakimi varsa ora müraciət edir. Sabah Kürdəmir məhkəməsinə də müraciət etsə təccüblənmərəm. Amma bildiyim budur ki, bu gündə peşəkar jurnalistikaya prezidentin dəstəyi var və bu cür məmurların qurduqları oyunlar baş tutmayacaq”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300