Füzuli rayonundan məcburi köçkün olan və hazırda ailəlikcə Beyləqan rayonunda məskunlaşan "Sonolay.org” saytının baş redaktoru Ramin Məhəmmədoğlu yaşadığı rayonda ciddi təzyiqlə uzləşdiyini deyir. Jurnalistin sözlərinə görə, bütün bu təzyiqlərin kökündə onun yerli məmurlar barədə tənqidi məqalələr yazması dayanır. R. Məhəmmədoğlu Azinforum.az-a açıqlamasında bildirib ki, vəziyyət o həddə çatıb ki, öyrədilən xüsusi adamlar onu küçənin ortasında döyüb, təhqir etdikdən sonra, indi də ailəlikcə rayonu tərk etməyi tələb edirlər. Azinforum.az yazıda adları çəkilən şəxslərin də cavab haqqını tanımaq şərtilə jurnalistin rastlaşdığı vəziyyətlə bağlı ölkə başçısına ünvanladığı şikayət ərizəsini olduğu kimi təqdim edir:

"Möhtərəm Cənab Prezident!

Yazıb Sizə bildirirəm ki, eriməni qəsbkarlarının ərazilərimizi işğal etməsi nəticəsində 1993-cü ildə Füzuli rayon Qərbənd kəndindən məcburi köçkün düşərək, Beyləqan rayonunda yuxarıda qeyd etdiyim ünvanda məskunlaşıb yaşayırıq. 28 iyun 2017-ci il tarixində Beyləqan şəhər, M. Ə. Rəsulzadə küçəsində yerləşən, köhnə məişət evinin qarşısında əhalinin çox olduğu yerdə Beyləqan şəhər sakini, Beyləqan rayon Gənclər və İdman İdarəsində güləş müəllimi kimi məşqçi işləyən Fərzəliyev Kamil Yunis oğlu mənimlə rastlaşdı. Bu zaman Kamil Fərzəliyev mənə ona qarşı səhv hərəkət etdiyimi dedikdə, mən ondan nə baş verdiyini soruşdum. O isə mənə "özün yaxşı bilirsən nə səhv etmisən” – deyərək mənimlə mübahisə etməyə başladı. Kamilin mənimlə söhbətinin getdikcə daha kəskin forma aldığını görüb onunla səmimi və təmkinli olmağa çalışdım. O, mənə əsəbi halda bildirdi ki, güya mən nə vaxtsa ondan və qohumlarından kimlərinsə məlumatı əsasında cinayət xarakterli məlumatları yuxarı orqanlara yazmışam. Və onunda bu məlumatlara görə 4000(dörd)min manatdan artıq xərci çıxıb.

Mən Kamil Fərzəliyevdən bu haqqda eşitdikdən sonra onu başa salmağa çalışdım ki, mən onun və qohumlarının barəsində heç bir məlumata malik deyiləm və jurnalist fəaliyyətim zamanı da belə bir yazı yazmamışam.

Beyləqan rayonunda məşqçi müəllim işləyən Kamil Fərzəliyev isə aqressiv formada mənə bildirdi ki, onun və qohumlarının barəsində yuxarı orqanlara yazdıqlarımı mənə sübut edib, sonrada məni kisəyə qoyub Haramı düzünə aparıb orda öldürəcək. (Maraqlıdır ki, Kamil Fərzəliyev indiyə qədər kimi Haramı düzündə öldürüb basdırmışdır ki, indi də bu hərəkətləri mənə qarşı etməyə çalışır?)Mən bir daha təmkinlə Kamilə başa salmağa çalışdım ki, belə sözlər onun pedaqoq fəaliyyətinə yaraşmır. Mən Kamil Fərzəliyevlə yumuşaq ifadələrlə danışsam da, o mənə Beyləqan rayonundan çıxıb getməyimi tələb etdi, yoxsa mənim üçün yaxşı olmayacağını, məni öldürəcəyini evimi isə yandıracağını bildirdi. Mən ona "rayondan niyə çıxmalıyab ki,”- soruşduqda , o mənə " Beyyləqan mənim rayonumdur, sən köçkünsən gedib başqa rayonda yaşamalı və ordakılardan yazmalısan”-deyərək üzərimə doğru gələrək, məni yumuruq və təpik zərbələri ilə vuraraq xəsarət yetirmişdir. Yaranmış dava zamanı məni Kamilin əlindən ətrafda və yoldan keçən adamlar aldılar. Bundan sonradan mən 102 xidmətinə zəng edərkən danışdığım yerdə mən bilmədən yenidən təpiklə mənim qarın hissəmə vurmuşdur.

Möhtərəm Cənab Prezident!

Mən 102 xidmətinə verdiyim şikayətlə bağlı Beyləqan rayon polis şöbəsinin təhqiqt bölməsinin təhqiqtçısı Həmid Həmidlinin çağrışı ilə onun xidməti otağında olarkən Kamil Fərzəliyev onun otağına basqı edərək əsəbi halda Həmid Həmidliyə "məni sən çağırmısan bura” deyərək soruşmuş Həmid Həmidli bəli mən çağırmışam, məni göstərərək "bununla niyə dalaşmısan” soruşduqda, "o səhvini bilir,ona görə də o "nakazat” olunmalıdır” oğru jarqonu ilə cavab verərək, "ya o mənim ayağımın altından öpəcək , ya da onu Beyləqan rayonundan sürgün edəcəyəm” deyərək əsəbi halda cavab vermiş, mən ona "sən kimsən axı mən sənin ayağından öpəm və sən kimsənki məni Beyləqan rayonundan sürgün edəsən” dedikdə qışqıra-qışqıra "görərərsən kiməm” deyərək üstümə atıldı, məni yumuruqla vurmağa, nalayiq söyüşlərlə söyməyə başladığı anda, təhqiqatçının otağında olan Elşən adlı polis nəfəri və təhqiqtçı Həmid Həmidli onu tutub saxlamağa,onun qanunsuz əməllərinin qarşısını almağa çalışsalar da, o, onların əlindən çıxaraq yenidən mənə hücüm etdi, bu zaman otağa daha iki polis nəfəri daxil oldu, onlar birlikdə Kamil Fərzəliyevi tutub aparmaq istəsələr də, Kamil onlara müqavimət göstərərək onların əlindən çıxmağa çalışmış, lakin onların əlindən çıxa bilməmişdir. Həmin anlar anban Beyləqan rayon Polis şöbəsinin birinci mərtəbəsində yerləşən dəhlizinə nəzarət edən kameralar vasitəsilə qeydə alınmışdır.

Kamil Fərzəliyevin heç bir səbəb olmadan mənə qarşı belə hərəkətlər etməsində bir çox şüphələrim var. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən jurnalist fəaliyyətimlə bağlı Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın qanunsuz fəaliyyətini, korrupsiyaya şərait yaradan hallar barədə tənqidi yazılar dərc etdiyimə görə və həmin məqalələrdə ehtiva olunan məsələlər bir çox aidiyyəti qurumlar tərəfindən araşdırılmış, Təhsil müdiri Xuraman Rüstəmova barəsində ölçülər götürülmüşdür. Bu üzdəndə Xuraman Rüstəmova məni məhkəməyə vermiş və sonuncu prosesdə də mənim açıq şəkildə təhdid edərək "Gör sənin başına nə oyunlar açdıracam” deyərək hədələmişdir. Hesab edirəm ki, bu şüphələrimin əsas səbəbi də Kamil Fərzəliyevin polis şöbəsində üzərimə hücüm edərkən "birinin anasından, birinin bacısından yazırsan” deməsidir. Kamil Fərzəliyevin polisin binasında belə məni açıq şəkildə təhdid etməsi və bundan dolayı mənim və ailə üzvlərimin təhlükəsizliyimizin qorunması istiqamətində Beyləqan rayon polis şöbəsi də hər hansı bir təminat vermir. Kamil Fərzəliyev hələ də məni təhdid edir, barəsində polisə etdiyim şikayətnaməni geri götürmədiyim halda məni öldürüb Haramı düzündə basdıracağını və evimi yandıracağı təhdidini davamlı olaraq edir.

Odur ki, Sizdən 28.06.2017-ci il tarixində Beyləqan rayon polis şöbəsinə etdiyim müraciətimə obyektiv və qərəzsiz hüquqi qiymət verilməsinin təmin etmək məqsədi ilə, həmin şikayətimin Təhqiqat bölməsindən alınaraq DİN-nin təhqiqat və istintaq idarəsində qiymətləndirilməsini xahiş edirəm.

Çünki, Beyləqan rayon polis şöbəsinə etdiyim şikayətimin hüquqi qiymət verilməyəcəyinə əminəm.”

Ramin Məhəmmədoğlu saytımıza bildirdi ki, etdiyi şikayətlərlə bağlı o, Bakıda bir neçə hüquq-mühafizə orqanlarının rəsmiləri tərəfindən qəbul edilib. İşin obyektiv araşdırılaraq, günahkarların cəzalandırılacağına inamı böyükdür.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300