23 ildir əlillik vəsiqəsini ala bilməyən Qarabağ döyüşçünün taleyi...

Uluyol.info xəbər verir ki, reportyor.org saytının əməkdaşları Qarabağ iştirakçısı ilə videoreportaj zamanı ilginc məqamlar üzə çıxıb. Müstəqilliyimizin bərpası ilində mənfur qonşumuz ermənilərin ölkəmizə qarşı təxribatı, Qarabağ müharibəsi zamanı minlərlə şəhidimiz, məcburi köçkünümüz və döyüş xatirələri bədən xəsarətləri olan qazilərimiz var.

Mətbuat olaraq şəhid ailələri, məcburi köçkünlərin yaşam tərzi, qazilərimizin durumu haqqında mütamadi olaraq oxucuları  maarifləndirməliyik.Təəssüf ki, ölkə mediyasının böyük bir qismi şou əhlinin əməliyyatları,  səhnədəki hoqqaları və s. məqamları işıqlandırdıqları halda, bu kimi problemli qazilərimizə biganə yanaşırlar. Həmkarlarlarımız reportyor.org  kolektivinə minnətdarıq ki, qazimizin harayına səs veriblər.

Uluyol.info olaraq videomaterialda yer alan iddiaları qeyd edirik:

 Ucar rayon sakini İbrahimov Eyvaz I Qarabağ müharibəsində 1991-ci ildən, 1994-cü ilə qədər iştirak etmişdir.Müharibə iştirakçısı Şuşa, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib və son  döyüşü Füzuli rayonu Abdurrəhmanlı kəndi uğrunda gedən döyüşlər olub və burada çoxsaylı güllə və qəlpə yaraları alıb. Beləki, boyun nahiyəsindən yaralanıb.Başında qəlpə indiyə qədər qalır.Bədəninin müxtəlif istiqamətlərindən xəsarət alıb.Əlində yaralı olduğunu sübut sənədin olmasına baxmayaraq 23 il müddətində əlillik vəsiqəsi ala bilməyib.

Dolanışığının ağır olduğunu qeyd edir. Şikayətçi Eyvaz İbrahimov aldığı bədən xəsarətlərindən dolayı iş qabiliyyətini itirib. Buna görə də daimi hardasa iş düzələ bilməyib.Bir gün işləyəndə  ağrıları olduğu üçün beş gün işləyə bilməyib.Ailəlidir və bir oğlu var.Qazimizin dediyinə görə  gözünün ağı qarası bir oğlunuda uşaq evinə vermək istəyir.Dolanışığın ağır olduğu üçün bu qənaətə gələn  İ. Eyvaz  evsizlikdəndə əziyyət çəkir.

Müraciət etmədiyi ünvan qalmayıb. İbrahimov Eyvaz  Şaməddin oğlu Bərdə icra başçısı Vidadi İsayevin qəbuluna düşə bilmədiyini, bəhanələrlə başçı ilə görüşdürülmədiyini, qapıdan qovulduğunu bildirir.

Bərdə rayon Qarabağ Əlillər cəmiyyətinin sədr müavini Əliəsgər Murtuzovun ondan rüşvət istədyini qeyd edir.”Mənə nə dəxli var, getməyəydin. İndiki vaxtda mənə dəxli yoxdur, sən Qarabağda olmusan ya yox.Pulun varsa keç irəli, yoxsa yaxşı yol” dediyini vurğulayan şikayətçi Ə.Murtozovun ondan əlilliyin verilməsi üçün 500 manat istədiyini bildirir.

Bundan əlavə Ucra icra hakimiyyətindədə analoji hal yaşayan şikayətçi hara gedirsə qapıdan qovulduğunu bildirir.Ucar  Qarabağ Əlilllər Cəmiyyətinin sədri  Seyfi Həsənov sənədlərin düzəlməsi üçün 400-500 manat istədiyini vurğulayır və bundan əlavə  Əmək və Əhalinin Sosial Müdafiə Naziri Səlim Müslumovla görüşmək cəhdinin alınmadığını qeyd edir.

Səhiyyə naziri Oktay Şirəliyevlə də görüşmək istəyi alınmayan Eyvaz İbrahimov sonda mətbuat vasitəsilə Ölkə başçısı və xanımı Mehriban Əliyevadan yardım istəyir.Veriləcək tapşırıq nəticəsində ev probleminin həll olunacağı, əlillik statusunun qüvvəyə minəcəyinə və azyaşlı övladının dolanışığında müsbətə doru irəlləyiş olacağına inanır.

Şikayətçinin bildirdiyinə görə birinci sinfə getməli olan övladını məktəbə  düzəlmək üçün pul istəyirlər.Beləki, Əhmədli qəsəbəsində yerləşən 14 və 9 saylı məktəblərə müraciət etməsi və oradan pul istənilməsini qeyd edir.

Uluyol.info sözügedən reportajı təqdim edir:


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300