ARB TV-nin "Günə doğru" verilişində şortla dərsə getmək olarmı? sualı araşdırılıb.

Bir müddət öncə Azərbaycan Universitetinin tələbəsi olan Əli Zeynalın sosial şəbəkələrə yerləşdirdiyi video böyük marağa səbəb oldu. Videoda tələbə şort geyindiyinə görə universitetə buraxılmadığı deyir. Bu video bir sualı aktual etdi: ali təhsil ocaqlarında geyim forması necə olmalıdır?

Araşdırmamızdan məlum oldu ki, tələbələrin geyimi yalnız universitetin daxili qaydaları ilə nizamlanır. Bununla bağlı hər hansısa digər nizamnamə yoxdur.

Azərbaycan Texniki Universitetinin əməkdaşı Nicat Abdullayev bildirir ki, əgər hər hansısa bir tələbə dərsə açıq-saçıq geyinib gələrsə ona xəbərdarlıq edirlər:

Nicat Abdullayev – ATU-nun mətbuat katibi: ""Yazılı qayda-qanun olmasa da, biz onu milli-mənəvi dəyərlərdə tənzimləməyə borcluyuq. Çünki universitetin missiyalarından biri də vətəndaş yetişdirməkdir".

Tələbələrdən də geyimlə bağlı problem yaşayıb - yaşamadıqları haqda soruşduq:

Tələbə: "Elə bir problem yaşamamışam. Amma, qadağa qoyulsa, yaxşı olar".

Tələbə: "Hər kəsin azad fikri, söz haqqı var, ona söz yox. Amma universitetin öz geyimi var".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin daxili geyim qaydaları da digərləri ilə oxşardır. Əsas məsələ tələbələrin diqqər cəlb edəcək qədər açıq-saçıq geyinməmələridir:

"Müasir dövrün tələblərinə uyğun olan sadə, səliqəli geyim olmalıdır ki, tələbə özünü rahat hiss etsin, həm də ədəb-ərkan qaydalarına uyğun olsun".

Təhsil mütəxəssisi Əjdər Ağayev bu məsələdə daha radikaldır. Düşünür ki, iş yerində necə ciddi geyinilirsə, ali təhsil ocaqlarında da bu ciddilik qorunmalıdır:

Əjdər Ağayev – Ekspert: "Təhsil müəssisəsi də tələbənin və şagirdin elə bil ki, iş yeridir. Ona görə də orada etika qaydalarına ciddi riayət edərək, geyinib, getmək lazımdır. Əgər bir tələbə ali məktəbə şortiklə gedirsə o, ali məktəbin intizam qaydalarını pozur”.

Mütəxəssislər son zamanlar tələbələrin açıq-saçıq geyimə meylli olmalarını qərb ölkələrinin onlara təsiri ilə əlaqələndirir:

Əjdər Ağayev – Ekspert: "Amerikanın, Fransanın özünün ədəbi qaydaları var. Azərbaycanının öz normaları var. Bura Azərbaycandır. Bura nə Fransadır, nə Amerikadır”.

Sonda qeyd edək ki, əvvəldə böyük müzakirələrə səbəb olan video ilə bağlı Azərbaycan Universiteti ilə əlaqə saxlasaq da, onlar bizə müsahibə vermək istəmədi.

 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300