Salyanın icra hakimi Sevindik Hətəmov Ulus.Az-ın rəhbəri
Sərvan Qənbərovu axır ki, məhkəmədə 200 manat cərimələdib, muradına çatdı
Dövlət məmuru KİV-ə, Milli Mətbuat Gününə sayılı günlər qalmış jurnalistikaya,
prezidentin azad mətbuatla bağlı çağırışlarına hörmətsizlik edərək qanunsuzluğa
imza atdı.
Ağdam rayon məhkəməsində şərəf-ləyaqətinin alçaldılması iddiası ilə keçirilən
prosesdə rüsvayçılıq ondan ibarət idi ki, hazırlıq iclasında qərar verildi.
Azərbaycan qanunlarına, hüququna, femidasına analoqsuz bir ilklə imza atan məhkəmə
hazırlıq iclasında qərar çıxardı, sayt 200 manat cərimələndi. Bu, misli görünməmiş
hadisə idi.
İcra başçısının və məhkəmənin absurdluğu bununla məhdudlaşmır. Onlar əlbir
olaraq başqa sayta istinadla gedən xəbərə görə Ulus.Az-ı cərimələdilər.
Məntiqlə və qanunla həmin xəbəri ilk yayan 7news.az məhkəməyə verilə bilərdi. Həmçinin,
onda istinadla məlumatı yayan başqa saytlar, o cümlədən Ulus.Az da məhkəmədə
iştirakçı ola bilərdi.
Ancaq S.Hətəmov nə məlumatı ilk yayan, nə də istinadla təqdim edənlərlə
hesablaşdı. O, məhz Ulus.Az-la əsassız yerə düşmənçilik elədi.
Növbəti ağılasığmaz hərəkət isə S.Hətəmovun mövqeyinin də qarşı tərəf kimi
saytda dərc olunması ilə bərabər yenə məhkəməyə üz tutması oldu.
Bu da azmış kimi, icra başçısı sayta yaxın olan jurnalist Xəyyam Salmanzadədən
xahiş etmişdi ki, sözügedən material saytdan silinsin.
X.Salmanzadə də S.Qənbərova icra başçısının xahişini çatdırmışdı və hörmət əlaməti
olaraq məlum yazı saytdan silinmişdi.
Ancaq bu yaxşılığın müqabilində icra başçısı yenə hikkəsindən dönmədi və saytı
məhkəməyə verdi, silinmiş və öz mövqeyi çap olunmuş xəbərə görə Ulus.Az-ı 200
manat cərimələtdi.
Bu yaxşılığın bir cavabı idi və azad sözə açıq şəkildə qanunsuz müdaxilə idi.
Prezident dəfələrlə bildirib ki, media və internet azaddır, jurnalistlər sərbəst
fəaliyyət göstərir.
Dövlət rəhbəri məmurlara xəbərdarlıq etmişdi ki, mətbuatı yazıya görə məhkəməyə
verməyin, təzyiq göstərməyin.
Ancaq Salyanın icra hakimi məhz başqa ittihama görə yox, yazı ilə bağlı bir
medianı məhkəmədə cərimələtdi - xahişlə silinmiş bir yazı ilə bağlı...
Həmin məqalədə isə nə təhqir, nə böhtan var idi. 7news.az-a istinadla
yazılmışdı ki, S.Hətəmov Yardımlının başçısı olduğu dövrdə MTN rəhbəri Eldar
Mahmudovla görüşüb və ondan Bakının rayonlarından birinə başçı getməsinə kömək
etməsini istəyib.
Bu iddia idi və bizim iddiamız deyildi. Ancaq S.Hətəmov nə həmin saytı, nə
istinadla yayan başqalarını məhkəməyə verdi. Məhkəmə isə diffamasiya
qanunlarını pozdu və yazı ilə bağlı bir mətbu orqanı cərimələdi.
Ən dəhşətli odur ki, hazırlıq iclasında çıxarılan qərardan öncə məhkəmədən S.Qənbərova
bildiriş belə göndərilməmişdi ki, prosesdə iştirak etsin. S.Qənbərov bildirir
ki, media tarixində və hüquq sistemində tayı bərabəri olmayan bir olaydır.
İcra başçısının xahişini sayt rəhbərinə çatdırmış jurnalist, şəhid ailəsi və məcburi
köçkün olan X.Salmanzadə isə deyir ki, bu xahişə görə S.Qənbərovun
qarşısında utanır.Onun sözlərinə
görə, Azərbaycanda icra başçısı 20 dəqiqə ərzində hazırlıq iclası keçirdir, qərar
verdirir və heç bir əsası olmadan cərimələdir:
"Heç olmasa dövlət qanunlarına istinad olunaydı. Hətta qanqster Akif Çovdarov məhkəmə
çıxışında demişdi ki, biz bir adamı tutanda onun barəsində ən azı 40 faiz əsaslı
informasiya toplayırdıq, 60 faizi özümüz yükləyirdik. Bu işdə heç 10 faiz əsas
yox idi. Mən onun xahişini çatdırmışdım, yazı silinmişdi. Buna baxmayaraq,
saytı məhkəməyə verib cərimələdir. Əgər beləydisə, Sərvandan xahiş etməzdim. Elə
məhkəməyə verərdi, cərimələyərdi, pulu da o ödəyərdi.
Ancaq işin mənəvi yükü boynumda qalıb və əgər icra başçısının 200 manata
ehtiyacı varsa, bir köçkün ailəsi kimi birdəfəlik ödəniş etməyə imkanım çatmır,
amma hər ay Bərdənin poçt idarəsindən Salyanın poçt idarəsinə 5 manat göndərməyə
hazıram.
Dövlətin qanunlarını ayaqlar altına atmaq, ona bu şəkildə hörmətsizlik etmək,
yarım saat içində tələm-tələsik iclas keçirib bir saytı cərimələtmək hüquqa
tüpürməkdir. Dönə-dönə təkrar edirəm ki, o yazıya görə ki, başçının xahişi ilə
silinmişdi, ondan əvvəl də mövqeyi çap olunmuşdu”.
Ulu Yol Xəbər portalı » Media » Başçı silinmiş yazıya görə Ulus.Az-ı cərimələtdi: “Sevindik Hətəmova pul lazımdırsa...” - absurd
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/