Yusif Bağırzadə: "Siyasətdən getməmişəm. Lakin siyasi fəaliyyətə bir müddət ara vermək fikrindəyəm. Bundan sonra partiya ilə əlaqə saxlamaq niyyətim də yoxdur".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sabiq sədri Yusif Bağırzadə deyib.
 
O bildirib ki, istefasının səbəbi hər hansı inciklik yox, məhz səhhətində yaranmış problemlərdir.
 
Y.Bağırzadə sədri olduğu partiyadan istefa verəndən sonra bir müddət cəmiyyətlə təmasda olmamasının səbəblərini açıqlayıb: "Dediyim kimi, səhhətimdə yaranan problemlərlə əlaqədar partiyadan istefa vermişəm. İstefadan sonra müalicə üçün xaricə getmişdim”.
 
O, AMİP-in qurultayında iştirak etməyəcəyini də söyləyib.
 
Sabiq AMİP sədri Azərbaycanda parlament seçkilərinin şəffaf keçirilməsi üçün hüquqi əsaslar olduğunu da qeyd edib: "Mərkəzi Seçki Komissiyasının fəaliyyəti göz önündədir. Bu qurum verilən şikayətlərə, müraciətlərə vaxtında və ətraflı cavab verir. Buna görə də hesab edirəm ki, seçkilər şəffaf keçiriləcək”.
 
O, son günlər Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verənlərə də münasibət bildirib: ""Gəncə qiyamı”nın qarşısını alan Azərbaycanın milli qəhrəmanı Mədət Quliyevin nazirliyə birinci müavin təyin olunması çox uğurlu seçimdir. Çünki Mədət Quliyevin çox böyük təcrübəsi var. Mədət Quliyev prezidentin bacarıqlı və etimadı doğruldan kadrlarından biridir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300