Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan İtaliyaya səfəri zamanı Romanın La Sapienza Universitetində gözlənilməz situasiya ilə üzləşib. Belə ki, universitetin tələbəsi Emin Rüstəmovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı erməni naziri çətin vəziyyətə salıb.

Tələbə soruşub ki, sizin Qarabağın müqəddəratı haqqında danışmağınız faşist Almaniyası tərəfindən keçmiş Çexoslovakiyanın Sudet vilayətinin işğalına bənzəyir. Azərbaycan Dağlıq Qarabağa yüksək muxtariyyət verməyə hazırdır:

"Siz İtaliyanın təcrübəsindən öyrənə bilərsiniz. İtaliyanın Trentino-Alto Adige modeli dünyada avtonomiyanın ən nümunəvi modellərindəndir və Qarabağ üçün də örnək ola bilər”.

Nalbəndyan isə suala cavab vermək əvəzinə 13 dəqiqə ərzində dolaşıq fikirlər səsləndirib. Erməni tərəf görüşün videosunu paylaşanda həmin hissəni çıxarıblar, amma Azvision.az görüşün səs yazısını əldə edə bilib.

Diqqət edin ki, Nalbandyan cavabında İslam Əməkdaşlıq Təşkilatını da faktiki təhqir edərək, savadsızlıqda günahlandırıb.

Nalbəndyanın Qarabağla bağlı sualdan qaçması əslində, anlaşılandır. Axı, o, nə deyə bilərdi ki?! Sadəcə olaraq, bir daha ortaya qoydu ki, İrəvanın bütün xarici siyasəti və Qarabağla bağlı tezisləri bir tələbənin sualının qarşısında darmadağın olacaq qədər quramadır.

Qeyd edək ki, Nalbəndyan Romada italiyalı həmkarı Anqelino Alfano ilə görüşdən sonra da oxşar vəziyyətlə qarşılaşmış və ona Qarabağ münaqişəsi haqqında sual verən rus jurnalistə sərt cavab vermişdi. Jurnalistin "İşğal etdiyiniz Azərbaycan torpaqlarından nə zaman çıxacaqsınız?” sualının qarşısında çıxılmaz vəziyyətdə qalan erməni nazir pərt şəkildə "Bu sual ya redaksiyada, ya da Bakıda yazılıb”,- demişdi. Bu, onu göstərir ki, artıq erməni diplomatiyası təkcə simasını yox, əsəblərini də itirir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300