Son həftələrdə İranda edam hökmlərinin çoxu Güney Azərbaycan və əhalisinin əksəriyyətinin türk olduğu digər bölgələr, o cümlədən Qəzvin vilayətində icra olunub.

Uluyol.info Turkustan.info-ya istinadən xəbər verir ki, ən az 13-ü son dörd gün ərzində olmaqla həmin bölgələrdə keçən bir ay ərzində əksəriyyəti narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş 30-dan artıq məhkum dar ağacından asılıb.

Son həftələrdə İranda edam hökmlərinin çoxu Güney Azərbaycan və əhalisinin əksəriyyətinin türk olduğu digər bölgələr, o cümlədən Qəzvin vilayətində icra olunub.

 Ən az 13-ü son dörd gün ərzində olmaqla həmin bölgələrdə keçən bir ay ərzində əksəriyyəti narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş 30-dan artıq məhkum dar ağacından asılıb.

Edamlar Şərqi Azərbaycanın Təbriz və Şəbistər şəhərləri, Qərbi Azərbaycanın Urmiyə və Xoy şəhərləri eləcə də, Ərdəbil, Həmədan və Qəzvin vilayətində həyata keçirilib.

 

 

Yanvarın 7-də, Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində qətl ittihamı ilə məhkum edilmiş 25 yaşlı bir gənc şəhərin böyük tərəvəz bazarının meydanında əhalinin gözü qarşısında edam edilib.

Video və şəkillərdə edam səhnəsini izləyən əhali arasında çox sayda uşaq da görünür.

Eyni gündə Xoy şəhərinin Evoğlu bölgəsində yerləşən bir kənddə qətldə ittiham olunan başqa bir məhbus kənd əhalisi önündə edam edilib.

 

 

Eyni gündə Ərdəbil Ədliyyəsinin veb səhifəsinə istinadən, daha əvvəl İranın İnqilab Məhkəmələri tərəfindən narkotik qaçaqçılığı ittihamı ilə məhkum edilimiş üç məhbus Ərdəbil mərkəzi zindanının həyətində asılıblar. Ədliyyə asılanların kimliyi ilə bağlı məlumat verməyib.

 

 

Yanvarın 6-da qaçaqçılıq ittihamı ilə mühakimə edilmiş bir qadın və üç kişi Təbriz Mərkəzi Zindanında asılıblar.

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300