Bəzi valideynlər elə düşünür ki, sünnət çox asan bir əməliyyatdır. Amma reallıq göstərir ki, sünnət ölüm kimi ağır fəsadlarla nəticələnə bilər. Bəs əslində sünnət neçə yaşda olmalıdır və valideynlər nəyə diqqət etməlidir?

 

Kimi uşaq elə doğulan kimi, kimi isə 10 yaşından sonra sünnət elətdirir. Xüsusi ilə bölgələrdə həkim və ya valideynlərin laqeydliyi bəzi sünnət toylarını yasa çevirir.

 

Hələ də evdə köhnə üsullarla "ara həkimlərini” üstün tutanlar az deyil. Bunu isə valideynlər müxtəlif səbəblərlə izah edirlər.

 

Həkimlər isə sünnət əməliyyatı uşaq müayinə edilməmiş və müvafiq şərait olmayan bir vəziyyətdə, icra edilməsinin fəsadlarının hər zaman ola biləcəyini deyirlər.

 

Uşaqların ideal sünnət yaşı isə elə onların ilk ayları hesab edilir. İlk iki ayında sünnət olunmağının əsas üstünlüyü isə gələcəkdə həmin uşaqların psixoloji travma keçirmə ehtimalının olmamasıdır. Lakin buna baxmayaraq hətta bəzi rayonlarda sünnəti 10 yaşa qədər saxlayanlar da olur. Bu isə həmin oğlan uşaqlarının gələcəkdə ciddi beyin pozğunluğu yaşamasına səbəb ola bilər.

 

2-5 yaş arasında uşaqlarda sünnət isə mütləq şəkildə psixoloji konsultasiya ilə birlikdə edilməlidir. İlk növbədə uşaqlara bunu izah etmək lazımdır ki, qorxulu heç bir şey yoxdur. Və bu proses anesteziya yolu ilə edilməsi daha məqsədə uyğundur.(xezerxeber)

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300