Ukraynada yaşayan bir qrup ziyalı Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova müraciət ediblər. Müracəti müəllifləri AZTV-nin Ukrayna üzrə müxbiri Mövsüm Aslanovun hərəkətlərindən şikayətçidirlər. Müraciətdə deyilir:

"Biz Ukraynada yaşayan ziyalılar, elm və iş adamlarını olduqca narahat edən bir məqam var. Bu da sizin rəhbərlik etdiyiniz telekanalın Ukrayna üzrə müxbiri Möhsüm Aslanovla bağlı məqamlardır. Olduqca dar çərçivədə və vur-tut bir nəfərin maraqlarına xidmət edən təmsilçinizin fəaliyyəti Ukraynada böyük narazılığa səbəb olub. Onun bir nəfərin maraqlarına xidmət etməsinin nəticəsidir ki, Ukraynada yaşayan və fəaliyyət göstərən azərbaycanlıların və diaspora təşkilatlarının tədbirləri işıqlandırılmır. Ən azı ona görə ki, Mövsüm Aslanovun öz siyasəti var. Bu da onun maddi maraqları ilə bağlıdır. Onun maraqları təmin olunsa belə, yenə də heç bir ofisi və tərəfdarı olmayan qaranlıq keçmişli Rövşən Tağıyevin təbliğiylə məşğuldur. Bir qədər əvvəl onların sərxoş halda kafedə dava salması nəinki AzTV müxbirinə heç bir azərbaycanlıya yaraşan hərəkət deyildi. Qaranlıq keçmişi olan, qardaşı çirkli pulların yuyulmasına görə hazırda ev dustaqlığındadır, işi məhkəmədədir. Bu qara pullar Mövsüm Aslanovun gözünü bağlayıb”.

Müraciət müəlliflərin dediyinə görə, vəziyyət o həddə çatıb ki, Aslanov diaspora arasında ayrı-seçkilik yaratmaqla bərabər, çox vaxt sizin adınızı da hallandırır. Öz maddi maraqlarını belə AzTV rəhbərliyinə çamur atmaqla əlaqələndir. " Mən Bakıya pul verirəm", "pulsuz heç nəyi çəkə bilmərəm" deyə şanlı telekanala yaraşmayan mesajlar verir.

"Vəziyyət o həddə çatıb ki, artıq onun əməlləri barədə sizə məlumat verməyə məcbur olduq. Biz, bu məktubu imzalayan ziyalılar hərəmiz Ukraynada öz mövqeyi, söz sahibi olan adamlarıq. Əslində, biz Azərbaycan prezidenti cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmək niyyətindəydik. Amma sizin müdrikliyinizə inanıb, ilk öncə sizə üz tutduq. AzTV kimi şanlı tarixi olan bir telekanala başucalığı gətirməyən əməkdaşınızla bağlı tədbir görəcəyinizə inanırıq”.

Müraciət imzalaynların dediyinə görə, bu gün paytaxt Kiyevdə azərbaycanlı iş adamları var ki, AzTV üçün ofis, maşın, ayrıca studiya belə yarada bilər. Maşınla təmin edər. Amma Mövsüm Aslanovun əməlləri buna imkan vermir. Çünki o, hamını milli televiziyamızdan çəkindirib.

Daha sonra Ukrayna azərbaycanlıları Arf Alışanovu Kiyevə dəvət ediblər.

"Ukraynada ən yüksək mövqe tutmuş azərbaycanlılarla görüşə çağırırıq. Gəlin, özünüz şahid olun. Və əsil həqiqətlərin nə olduğunu onlardan eşidin. Mövsüm Aslanovun AzTV adıyla hansı hoqqalardan çıxdığını, Az TV-nin şərəfli missyiasına ləkə olduğunu özünüz görün.

Hörmətlə, Ukraynada yaşayan bir qrup ziyalı


(xeberdar.net)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300