"Səudiyyə Ərəbistanının tutduğu yol və törətdiyi cinayətlər gələcəkdə bu ölkənin dağılmasına gətirib çıxaracaq”.

Bunu  APA-ya eksklüziv açıqlamasında İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandan müavini general Hüseyn Salami deyib. 


H. Salami Səudiyyə Ərəbistanını regionda müharibəni alovlandırmaqda və terrorçu qrupları dəstəkləməkdə ittiham edib: "Əl-Səud rejimi düşünür ki, başqa ölkələrdə müharibəni alovlandırmaq və təkfirçi qrupları dəstəkləməklə, Həcc ziyarətinin təşkilatçılığında səhlənkarlıq etməklə , tanınmış dini və siyasi şəxsiyyətləri edam etməklə bölgədə güclü dövlətə çevriləcək”. 
 

H. Salami Səudiyyə Ərəbistanı rəsmilərini  Səddam Hüseynin aqibətinin gözlədiyini bildirib. "Səudiyyə Ərəbistanı rəsmiləri Səddamın ötən əsrin 80-ci illərində getdiyi yolu gedirlər. Səddam rejimi də həmin vaxt qonşu ölkələrə hücum etdi, alimləri öldürdü, daxili etiraz dalğasını yatırdı. Sonda hamı Səddam rejiminin necə utancverici, zillət və nifrət içində dağılmasının şahidi oldu”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300