Əvvəllər yarımadada yerləşən Kürdilli kəndinin sakinlərinin əksəriyyətini burada yaşayan ruslar təşkil edib.

ARB TV xəbər verir ki, onlar burada azərbaycanlılarla birlikdə mehriban yaşayıblar. Ötən əsrin 80-ci illərində Xəzər dənizinin suyunun səviyyəsi qalxdığından buranın rayonla əlaqəsi kəsilib. Bir neçə ailə istisna olmaqla hər kəs köçürülüb. Adanın yeganə sakinin elə Proninlər olub. Ailənin tək üzvü Vitali Pronin adada tək tənha yaşayır. Kürdilli ən abad və yaşayış üçün şəraiti olan kəndlərdən olub. Sonradan 3 minədək əhalinin yaşadığı kənddə bəzi ailələrin evləri su altında qalıb. Kənddə salınan 1200 ha üzüm bağının 600 hektarı dənizə qərq olub. Bu illərdə ada əridiyindən onun eni 12, uzunluğu isə 20 kilometrə yaxındır. Vitali gecələri lampa işığında keçirir. Ərzaq məhsullarının alınıb gətirilməsində isə balıqçılar ona yardım göstərir. Hər tərəfi dənizlə əhatə olunmuş adada qazılmış quyuda şirin suyun çıxması isə Vitalinin işlərini asanlaşdırır.

Vitali Pronin (sakin) : "Hər gün bura gələndə Allaha dua edirəm ki, ay Allah, məni susuz qoyma, yaşayım. Mən burada doğulmuşam. Bu torpağın çörəyi ilə böyümüşəm. Axı mən bu torpağı necə ata bilərəm? Son mənzilim də bu torpaqdır, bu adadır".

Kənddə heyvanlar dəniz suyu içir. Bundan əlavə Vitali kənddə yeni qəbirstanlıq da salıb. Köhnə qəbirstanlıq suyun altında qalanda atasının və iki qonşusunun məzarını bura köçürüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300