Şamaxı rayonu 85 saylı seçki dairəsindən namizədliyin irəli sürən, hal-hazırkı Millət vəkili Elxan Süleymanovun parlament seçkilərində təbliğat təşviqat kampaniyasını icra hakimiyyətinin kəndlərdəki icra nümayəndəlikləri aparır. 

Rayon sakinlərinin Avropa.info-ya verdikləri məlumata görə, Şamaxının Məlhəm,Çağan, Dədəgünəşli, Çuxuryurd, Əngəxaran kəndlərində Elxan Süleymanovun bukretlərini həmin kəndlərin icra nümayəndələri, onların müavinləri, bələdiyyə sədrləri və məktəb direktorları evləri gəzərək paylayır.

Əngəxaran kəndində icra nümayəndəsi məktəbdə şagirdlərə Elxan Süleymanovun bukretlərini verərək valideynlərinə Elxan Süleymanova səs verilməlidir deməlirini tapşırıb.

Rayon sakinlərinin bildirdiyinə görə, Məlhəm kəndinin sakinləri icra nümayəndəsinin artıq üç gündür ki, Elxan Süleymanovun bukret və şəkilli kalendarlarını evlərə paylayaraq sakinlərə ona səs vermələrini tapşırır.

Çağan və Dədəgünəşli kəndində icra nümayəndəsi Nicat Məmmədov isə hal-hazırda Bakı şəhərində başqa işlə məşğul olduğu üçün onun atası (keçmiş icra nümayəndəsi ) Bülbül Məmmədov oğlunun işlərin idarə edir. İcra nümayəndəsinin atasının kənd sakinləri ilə görüşərək Elxan Süleymanova səs vermələrini tapşırdığı bildirilir. 

Kənd icra nümayəndəsinin Gürsel adlı müavini isə sakinlərə hətta hədə qorxu da gəlib.

"Gürsel bizə deyib ki, birdən namizədlərdən kimsə gələrsə sakinlərlə görüş keçirməyə, o görüşə yalnız mən, icra nümayəndəsi və məktəb direktoru olacağıq. Heç bir kənd sakini görüşə gələ bilməz. Gəlsə və ya Elxan müəllimdən başqasına səs versə baxsın o adam işinə".
 
 JAM.AZ

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300