İranın Azərbaycan vilayətində baş verən daşqın və sel fəlakəti Təbrizdə futbol matçının baş tutmasına mane olmayıb.

Axar.az xəbər verir ki, bu gün Təbrizdə baş tutan "Perspolisi” (Tehran) ilə "Maşinsazi” (Təbriz) oyunu iki məqamla diqqəti çəkib. Təbrizlilər stadionda siyasi plakatın qaldırılması yasağına uyğun davranıblar, ancaq yenə də Qarabağı yad ediblər. Onlar "Məcnun Leylini sevməzdi, bilsəydi Qarabağ var!” şüarı dalğalandırmaqla, Qarabağa "qeyri-siyasi” dəstək nümayiş etdiriblər.

Digər məqam isə "Perspolisi” ilə bağlıdır. "Maşinsazi” üzərində qələbədən sonra "Perspolisi” komandası və azarkeşləri qələbəni qeyd etmək istəyiblər. Onların şənlənməsinə Təbriz polisi icazə verməyib. Sosial şəbəkədə yayılan videoda görünür ki, Təbriz polisi "Perspolisi” komandasına "Azərbaycanda matəmdir” deyə, şənlik etməyi məsləhət görmür, buna baxmayaraq, tehranlılar azarkeşlərinə xitabən, müxtəlif şüarlar səsləndirir və sevinc nidaları qışqırırlar.

Tribunalardan buna cavab olaraq təbrizlilərin "Azərbaycan oyaqdı, öz elinə dayaqdı!” şüarı ucalır. "Perspolisi” komandası azarkeşləri isə bu şüara aşağılayıcı sözlərlə qarşılıq verirlər.

Qeyd edək ki, ötən gecədən başlayan daşqınlar nəticəsində Şərqi Azərbaycan vilayətində 37 nəfər həlak olub, 32 nəfər isə itkin düşüb. Qeyri-rəsmi məlumata görə, itkilər daha çoxdur.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300