Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına girməkdə təqsirləndirilən 40 nəfər saxlanılıb.

 

APA-nın İran bürosunun məlumatına görə, bunu Tehran şəhər prokuroru Cəfəri Dövlətabadi deyib. 


Cəfəri Dövlətabadi bildirib deyib ki, bu işdə rolu olan digər şəxslərin də axtarışları davam etdirilir.

 

"Səudiyyə Ərəbistanın səfirliyinin binasına hücum edən şəxslərlə bağlı cinayət işi açılıb və bu hadisədə rolu olan bütün şəxslərin saxlanılması istiqamətində işlər davam etdirilir”, - deyə şəhər prokuroru qeyd edib. 
 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında nüfuzlu İslam alimi Ayətullah Şeyx Baqir Nimr ən-Nimrin edam edilməsinə etiraz olaraq ötən axşam bu ölkənin Tehrandakı səfirliyi binası qarşısında 300-dən çox insan etiraz edib. Etirazçılar səfirlik binasını daşa tutaraq, bəzi otaqları dağıdıb, "Molotov kokteyli” atıblar.

 

Həmçinin Səudiyyə Ərəbistanın Məşhəd şəhərində yerləşən konsulluğu qarşısında da etiraz nümayişləri keçirilib. Qəzəbli insanlar binanın üzərinə çıxaraq burada Səudiyyə Ərəbistanının bayrağını endiriblər. Əraziyə xeyli polis qüvvəsi cəlb edilib.

 

Bu gün Tehranın Fələstin meydanında siyasi partiyalar və qrupların çağırışı ilə Tehran  vaxtı ilə saat 15:00-da etiraz aksiyası keçiriləcək.

 

Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

 

Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və "Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300