Ağcabədi rayon Məhkəməsinin hökmü ilə Sonolay.org saytının Baş redaktoru Ramil Məhəmmədoğlunun atası dünən (6mart) Məhəmməd Qurbanov 3 il müddətinə azadlıqdan mərhum edilib. Hakim Etibar Quliyevin sədirliyilə keçirilən prosesin yekununda Baş redaktorun atası Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə) maddəsilə təqsirli bilinib.

Jurnalist Ramil Məhəmmədoğlu əməkdaşımızla söhbətində faktı təsdiqləyib:
"Mənim atamın 60-a yaxın yaşı var. İndiyə qədər heç polisə belə izahat verməyib. Hamı onu sakit, ziyalı adam kimi tanıyıb. Onun həbsi birbaşa mənim jurnalist fəaliyyətimlə bağlıdır. Bu sifarişin arxasında hansı məmurların durduğunu yaxın günlərdə açıqlayacam. Bir neçə ay əvvəl mən rəhbəri olduğum saytda Ağcabədi rayon məktəblərində aparılan maliyyə yoxlamaları zamanı aşkarlanmış korrupsiya hüquqpozmaları və digər neqativ hallara yol verildiyi barədə silsilə materiallar dərc etmişəm. Həmin yazılarında Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional müfəttişliyinin rəisi Ədalət Nəbiyev Ağcabədi məktəblərində aşkarlamış maliyyə korrupsiyasını ört-bastır etmək üçün şöbə müdiri Mehdi Əhmədova hansı qeyri-qanuni tapşırıqları verməsinə də toxunulub. Sözügedən şəxslər bir neçə dəfə atamla əlaqə yaradaraq məni bu yoldan çəkindirməyə çalışıblar. Mən isə prinsipial jurnalist mövqeyimə davam etmişəm. Bu səbəbdən də, həmin adamlar çıxış yolunu mənə və atama böhtan atmaqda görüblər. Təəssüflər olsun ki, bu gün mənim atamı barələrində ciddi jurnalist araşdırmaları apardığım və törətdikləri çoxsaylı qanunpozuntularına görə tam ifşa etdiyim şəxslərin ifadələri əsasında həbs etdilər. Mən Ağcabədi Məhkəməsinin atam barədə çıxardığı hökmü ədalətsiz sayıram. Hökmdən daha yuxarı məhkəmə instansiyalarına, hakimin fəaliyyətindən isə Məhkəmə Hüquq Şurasına şikayət edəcəyik. Yaxın günlərdə hadisələrin tam təfsilatı barədə mediaya geniş açıqlama verəcəm”.(Azinforum.az)


 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300