"Həbsimin sifariş əsasında və siyasi mativli olduğu zaman içində ortaya çıxır. "Bandotdel"rəhbərliyi himayə etdiyi əxlaqsızlıq yuvaları və qumarxanaların ifşa olduğun görüb,habelə polis özbaşınalığı barədə mütəmadi yazılar dərc etdiyimdən əndişələnərək həbsimi reallaşdırıb. Lakin bu yaxınlarda məlum olub ki DİN-in başq"qarınağrısı"da var".Realliq.info -nun məlumatına görə bu sözləri hazırda həbsdə olan jurnalist siyasi məhbus Fikrət Fəraməzoğlu bildirib.
O, deyib ki, "Bandotdelin"rəhbərliyi ayrı ayrı bir neçə mediya işçisinin yalan malumatına heç bir əsası olmayan xəbərinə əsaslanıb belə bir qənaətə gəlib ki güya MTN -in iş adamları,habelə digər şəxslərlə bağlı şantaj videolarının bir qismi onda olub: "Bu yaxınlarda mənə məlum olub ki,Bandotdelin əməliyatçıları həm evimdə, həmdə maşınımda hansısa görüntülərin olduğu flaş kart və CD-ləri axtarıb.Hətta evimdə və maşınımda olan bütün CD-ləri özləri ilə götürüblər.Qəribədir ki, götürülən əşyaların heç biri haqqında istintaq materiyallarında məlumat verilməyib".
Fəraməzoğlu bildirib ki, hələ həbsinin ilk günlərində, həm əməliyyaçılar, həm də müstəntiq ondan hansısa görüntülər barəsində israrla şoruşurmuş."Həmin vaxt onların nə axtardıqları və nə istədiklərini anlamırdım.Çünki bunu dolğun şəkildə ifadə etmirdilər.Evimdən və maşınımdan götürülən CD lər və noutbukumda aparılan axtatışlardan əllərinə heç nə çatmadıyını görüb,bərk pərt olmuşdular.Ona görə ki, əllərinə çatan "qənimət"in içində uşaqlarımın bağça şəkilləri toy görüntülərindən başqa heç nə yox idi."
Həbsdə olan baş redaktor, "Bondotdel" rəhbərliyinin savadının və peşəkar olduğunun hansı biabir vəziyyətdə olduğun vurğulayıb".
"Həmin məlumatı Bandotdelə bir neçə jurnalist verib ki mətbuat dünyasında daha çox qeyri ciddi adam kimi tanınırlar ki, belə adamlara inanmaq, onların verdiyi məlumatlara əsaslanıb, məni həbs etmək Bandotdelin, ümumilikdə DİN-in rəhbərliyinin ən uğursuz əməliyyatının nümayişidir.
Jurnalist deyib ki "Bondotdel"in axtardığı görüntüləri bir qismi DTX-in keçitdiyi uğurlu əməliyyat zamanı yaxalanmış reket jurnalistlərin komputerindən və ofisində çıxıb. Ki,buda onları bərk pəjmürdə edib. "DTX-in əməliyyatından sonra "Bondotdelin" nəinki əməliyyatçıları, hətta rəhbərliyi şok vəziyyətində idi. Çünki axtardıqları,həm məndən çıxmamışdı,həmdə yuxarıları aldadıb,yalan məlumat vermələri faş olmuşdu. Ən əsasi isə həmin görüntülər rəqib əlinə keçmişdi.Bunu dolayısı ilə özləridə etiraf edirdilər.ona görədə mənim həbsimi ört basdır etmək üçün özlərinin ən həyasız üzəduranlarının xidmətlərindən maksimum dərəcədə yararlanmaqdan başqa çıxış yolları qalmadı".
Fiktət Fəraməzoğlu vurğulayıb ki,onda nəinki MTN-ə aid olan,hətta başqa hər hansı şantaj xarakterli görüntülər olmayıb və belə bir şeyin olması mümkün deyil."Mənim MTN-lə yaxından uzaqdan heç bir əlaqəm olmayıb. Əksinə hələ 2008b-ci ildə MTN rəhbərliyi qəzetimi əlimdən alıb,özümü 3 gün həbsdə saxlayıb.Eyni zamanda ,MTN-i ən çox tənqid edən və onun geyri qanuni fəaliyyətlə məşqul olduğunu ifşa edən az sayda jurnalistlərdən biri mən olmuşam.Buna müəyyən etmək heçdə çətin deyil.Rəhbəri olduğum sayta baxmaq kifayyətdir.Digər tərəfdən MTN şantaj videolarının Habil və surxay dəstəsinin kabinetindən və ya komputerindən aşkarlandığı bəllidir.Belə olan təqdirdə bu cür sərsəm ittihamla həbsimi reallaşdırmaq özü biabirçılıq,geyri peşəkar və savadsızlıqdır".
Həbsdə olan baş redaktorun sözlərinə görə əgər DİN MTN-in şantaj videolarını tapmaq istəyirsə, bunu heç də uzaqlarda axtarış aparmağa gərək yoxdur."Bunun üçün ilk olaraq "Bondotdel"dən başlasınlar. Əminliklə deyirəm ki, əgər sözü gedən idarənin rəhbərliyin yaxşıca sıxışdıra bilsələr, o videoların bəzilərinin yerini və kimlər tərəfdən çəkildiyi, və reketlərə ötürüldüyünü aşkarlaya bilərlər. Bu iddiam əsassız deyil,əksinə üst-üstə düşən ciddi əsaslar var. Məsələn,MTN generalları Elçin Quliyevə və Akif Çovdarova aylıq haqq verən,habelə onlara gizli kameralarla çəkilmiş müştərilərinin görüntülərin ötürən "clear"hotelin sahibləri Fikrət və Fəxrəddin  Feyziyevlərin, habelə"Antaliya","Hills","Akva","Jasmin","Diyana","Vostoçnıy Bereq"kimi əxlaqsızlıq yuvalarını işlədən Mehman Həsənov "Bondotdel"tərəfindən bu qədər ciddi cəhdlə qorunmazdı.Görünür,ortada təkcə himayədarlıq məsələsilə yanaşı,digər orta maraqlar da var.Mən hələ məlum Quba olaylarından sonra yaşanan bəzi proseslərin detalları barədə hələlik danışmaq istəmirəm".
Fikrət Fəraməzoğlu sonda bildirib ki,"Bondotdel"in onun evindən və maşınından götürdüklərini geri qaytarılmasını tələb edir."Tələb edirəm ki,əməliyyatçıların evimdən və maşınımdan götürdükləri uşaqlarımın karnaval və toy görüntüləri yazılmış CD-ləri habelə komputerimi,maşında cizgi filmlərə baxmaları üçün 90 manat verib ,aldığım monitoru geri qaytarsınlar".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300