8 Mart Beynəlxalq Qadınlar gününün qeyd olunmasına cəmi 2 gün qalır. Amma bayramın "səs-küy”ü məktəblərdə bir neçə həftə əvvəldən eşidilməyə başlanılıb.

 

Təhsil Nazirliyindən məktəb direktorlarına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu bayramda da artıq ölkənin əksər təhsil ocaqları "gücləndirilmiş iş rejiminə” keçib. Həmin "rejim” isə ondan ibarətdir ki, indidən müəllimlər şagirdlərdən bayram hədiyyəsi kimi pul yığır. Valideynlər isə Təhsil Nazirliyinin xəbərdarlığını xatırladanda, "bizdən də yuxarılar tələb edir” cavabını verirlər.

 

Bəs məktəblərdəki "8 Mart yığımı” necə tənzimlənməlidir?

 

Məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, şagirddən birbaşa pul tələb edilməsi biabırçılıqdır: "Xoşagəlməz hallardan biri də odur ki, sinif rəhbərləri bəzən kişi olan məktəb direktorunun da adına 8 Martda pul yığırlar. Mentalitetimiz təşəkkürü inkar etmir. Amma şagirdlərin birbaşa bu prosesin içində olması yolverilməzdir.

 

Əlbəttə ki, bizim milli mentalitetimiz, dəyərlərimiz var. Yəni sənin üçün müsbət addım atmış birinə bunun müqabilində təşəkkür etmək olar. Ətrafında olanların təşəkkürü onun fəaliyyətinə böyük stimul verir. Düşünürəm ki, kiminsə fəaliyyətinin müqabilində təkcə əmək haqqı ilə mükafatlandırılması azdır. Lakin o halda ki, bu, müəllim, məktəb rəhbərliyi tərəfindən məcburi formada həyata keçirilməsin”.

 

Ekspert müəllimlərə təşəkkür əlaməti olaraq könüllü şəkildə hədiyyə verilməsinin pis hal olmadığını düşünür:"Birbaşa pul verilməsindənsə, gül, parfumeriya, kitab dükanlarından müəyyən məbləğdə hədiyyə kuponlarının verilməsi də daha uyğun olardı. Çünki o həm qadın, həm ana, həm də müəllimdir. İl ərzində bir dəfə ona bu üç arqumentləri birləşdirdiyinə görə təşəkkür etmək elə bir ciddi problem deyil”.

 

Sevinc Yasinqızı, Bakı Post

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300