Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bəxtiyar Cəfərov adına Xırdalan 3 saylı məktəb-liseyində 8 mart bayramı ilə əlaqədar şagirlərdən pul yığılır.

 

Bu barədə BakiPost.az-a övladları sözügedən məktəbdə oxuyan valideynlər məlumat veriblər. Onların sözlərinə görə, pul liseyin direktoru Sevinc Əliyevanin göstərişi ilə toplanır:"Sevinc Əliyeva məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. Məktəbdə hər şey rüşvətlə həll edilir.

 

Qarşıdan gələn 8 mart günü öncəsi pul yığdırır. Bu proses hər il bütün bayramlar öncəsi gedir. Məktəbdə yığılan pullar Sevinc Əliyevaya çatır. Pullar da onun şəxsi göstərişi ilə yığılır”.

 

Valideynlər qeyd edib ki, direktorun istəyi ilə 9-cu siniflərdə hər şagirddən 30 manat, digər siniflərdə isə hər uşaqdan 25 manat məbləğində pul yığılması tələb olunur.

 

Şikayətçilər onu da əlavə ediblər ki, direktor Sevinc Əliyeva bayramlarla yanaşı, məktəbin işlərini həll etmək üçün də valideynlərdən pul istəyir:"Məktəbdə hər şey pulla həll olunur. Hətta məktəbə süpürgə, təbaşir və digər ləvazimatlar almaq üçün də bizdən pul istəyirlər. Artıq bezmişik onun əlindən. Buna bir çarə tapılsın”.

 

Pul vermədikdə ciddi problemlərlə üzləşdiklərini bildirən valideynlər məsələ ilə bağlı dəfələrlə şikayət etdiklərini söyləyiblər:"İcra hakimiyyətində onu qoruyan adam var, ona görə də şikayətlərimizə baxılmır. Bütün aidiyyəti qurumlar yaxşı bilir ki, Sevinc xanım açıq bazar yaradıb. Pul vermək istəməyən valideyinlər hər cür təhqir olunur, uşaqları müxtəlif formalarda cəzalandırılır. Məsələn, pis sinifə yazılır, müəllim dərs vaxtı ona diqqət eləmir, necə oxumasından asılı olmayaraq, "əla” qiymətdən birdəfəlik məhrum edilir, məktəbdə təşkil olunan tədbirlərə buraxılmır və s. Bu məhrumiyyətlərlə üzləşmək istəməyənlər isə borc da olsa pul tapıb verirlər”.

 

Məktəbin direktor müavini Jalə Məmişova BakiPost.az-a açıqlamasında deyilənlərin yalan olduğunu bildirib: "Mənim elə bir məlumatım yoxdur. Xəbərimiz olan kimi biz məsələni yerindəcə araşdırıb onu təşkil edənlərlə əlaqə saxlayırıq. Həqiqətən mən pul yığılması barədə eşitməmişəm. Əgər belə bir şey varsa, birinci gün məktəbə müraciət edin. Biz də bunu araşdırarıq”.

 

Direktor müavini məktəbdə süpürgə və tabaşir pulunun yığılması iddiasına da cavab verib:"Onu kim deyib axı? Bunlar düzgün deyil. Deyilənlərin hamısı boş şeylərdir. İllərdir bizdə elə söhbət yoxdur. Deyilənlərin hamısı məktəbə pulsuz verilir. Bütün siniflərdəki şkafların hamısı təbaşirlə doludur”.

 


 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300