İlahiyyatçı yazardan Əli Nağıyev kimi ünsürlərə cavab. İmam Hüseyndən səhv tutan gədalara cavab.

Bəli, nümunə var. Amma nümunədən istifadə etmədikcə, onu həyatımıza daşımadıqca biz nümunəvi ola bilmərik. Bu il Hz Peyğəmbər (s) üçün mövlud mərasimləri təşkil olundu. Keçirilən konfranslar, uşaqlar üçün müsabiqə və bu kimi.

Amma bu dediklərim barmaqla sayılası qədər idi. Peyğəmbər (s) kimi şəxsiyyətin müqabilində bu mərasimlər sıfıra bərabədir. Nədənsə bu mərasimlər iki-üç gün qalmış yadımza düşür. Niyə?

Deməli biz işimizdə məsuliyyətli deyilik. Bu mərasimləri daha möhtəşəm şəkildə qeyd etmək mümkün olduğu halda, bizə nə olub ki, bunu ən aşağı səviyyədə keçiririk? Elə buna görədir ki, üstündən bir gün keçən kimi də hər şey unudulur. Sanki dünən mövlud deyilmiş kimi.

Gərək bunların səbəbləri araşdırıla və gələcək illərdə bu cür tədbirlərdə daha fəal olaq. Bu işlərdə həm gənc nəsil, və həm də bu yolda təcrübə sahibi olan insanlar gərək, birlikdə çalışalar. Mümkündür  gənc nəsil hansısa səhvə yol verə. Amma bu onları tamamilə hər şeydən uzaqlaşdırmaq mənasına gəlməz.

Heç yadımdan çıxmaz, uşaq vaxtı peyğəmbər (s) üçün şer yazmışdım. O şeri heç kim qəbul etmədi. Nə qəzet, nə də saytlar. Hətta "bu nə şerdir” deyə həm səsini ucaldan, həm də gülən oldu. Düzdür yazdığım şer, ədəbi baxımdan zəif idi. Amma mənə qarşı o mövqeyi tutanlar  unudurdular ki, bunu yazan hələ qələmi əlində tutmağı təzə öyrənən bir məktəblidir. Nə olardı ki,  yazdığım şerə gülmək yerinə mənə yol göstərəydilər? Səhvlərimi düzəldib, məni təşviq edə bilməzdilər? Kim bilir bəlkə də bu gün bir şair olardım və ilahi şerlər yazardım. Amma o istedadımı elə məktəb illərində boğub öldürdülər...

 O yazdığım şerdən bir neçə bənd sizə təqdim edirəm.

Sən ki yaranmısan əşraful-məxluq
Bir peyğəmbər tək edərdin qulluq
Mübarək şəhrinə etsək yolçuluq
Nə olar qəbul et bizi sevgili
 
Adını zikr edər hər çiçək, hər gül
Eşqindən saralıb zəmidə sünbül
Mizanda günahı gələnə yüngül
Nə olar qucağın aç ey sevgili
 
Biz ki  günahkarıq Allah indində
Heç bir eyib yoxdur gətirdiyində
Ümmətim! Deyib fəğan etdikdə
Nə olar unutma bizi sevgili
 
Hər kəs keçəcək Sirat körpüsün
Görəcək orada əməl güzgüsün
Qoyma!  Ayağımız ordan üzülsün
Nə olar əlini uzat sevgili
 
Səni layiqincə sevə bilmirik
Bəzən sünnətini biz tərk edirik
Peyğəmbər şəfaət edər deyirik
Bizləri naümid etmə sevgili
 
Bəlkə gələmmədik sənin şəhrinə
Mübarək qəbrinin ziyarətinə
Səs verə bilmədik sənin səsinə
Nə olar bağışla bizi sevgili

İbadət edərdin gecələr belə
Şişərdi mübarək o dizlərin də
Ehtiyac görməzdin təbibi yenə
Nə olar təbibin olum sevgili

 Bunlar ürəyimdən qopan hislər idi ki qələmə almışdım. Bu şerimə görə elə sevinmişdim ki... Amma bu sevincim uzun çəkmədi və yuxarıda dediklərim baş verdi. Şeri, incəsənəti indi də sevirəm, amma o potensialım artıq itdi. 

Bunları deməkdə məqsədim, gənc nəsilə dayaq olaq, onlarda olan müsbət potensialları üzə çıxarıb, bir ailə şəklində dinin xidmətində duraq. Bu məsələ təkcə mövlud üçün deyil, bütün məsələlərdə keçərlidir. Bir əsgər kimi gecə-gündüz milli-mənəvi dəyərlərimiz uğrunda çalışaq. Onları insanlara çatdıraq. Qarşıdan 26 Fevral – Xocalı faciəsi gəlir. KİV-ri görəsən bu yöndə nəsə edir? Yoxsa bir neçə gün qalmış yenə əl-ayağa düşəcəklər? Bax məsələ budur. Odur ki, çalışaq. Bəsdir yatdığımız. Oyanaq bu qəflət yuxusundan.
 
İlahiyyatçı-yazar: Mahir ŞƏKƏROV
 
ULUYOl.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300