Aviasiya təhlükəsizliyi personalına dair tələblər rəhbər vəzifəli şəxslərin seçilməsində niyə pozulur? Oxucularımıza Aviasiya təhlükəsizliyinə aid qanundan çıxarışı təqdim edirik:
1.1 Bu Qayda "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı "-nın və Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları’’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2012-cil il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.11-ci yarım bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və aviasiya təhlükəsizliyi personalının anket məlumatlarının toplanılması, yoxlanılması və onların seçilməsi qaydasını və şərtlərini müəyyən edir.
1.2 Bu qayda aviasiya təhlükəsizliyi sahəsində kadr axınının qarşısının alınmasını, müvafiq xidmət mədəniyyətinin formalaşdırılmasını təmin etmək üçün həmin sahəyə yararlı kadrların seçilməsi və onların peşə hazırlığının artırılması məsələlərini tənzimləyir. Aviasiya təhlükəsizliyi presonalına dair tələblər 2.1 Aviasiya təhlükəsizliyi sahəsində müvafiq vəzifələrin tələblərinə uyğun peşə hazırlığına malik, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən,sağlam həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla) və məhkumluğu olmayan Azərbaycan Respublikası vətəndaşlarının xidmət etmək hüququ var. 2.2 İkili vətəndaşlığı olan, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən , tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə bu sahədə işləməyə qadir olmayan , cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş , əvvəlki iş yerindən işdə yol verdiyi kobud nöqsanlara görə xaric olunmuş şəxslər aviasiya təhlükəsizliyi sahəsində qəbul edilmirlər.
Aviasiya təhlükəzisliyi personalına dair tələblər pozulur , aşağıda göstərəcəyimiz faktlar buna sübutdur:
1992-ci ildə Dağlıq Qarabağ ətrafında baş verən hadisələrdə Ağdam rayonunda xidmət etmiş,Ağdam və ərtafı rayonların düşmən tərəfindən işğal olunmasında xüsusi xidmətləri olan 1994-cü ildə Dübəndidə yerləşən paliqonda 777 saylı hərbi hissənin təzə əsgərlərinə İrandan dəvət olunmuş hərbiçilərlə birgə təlim keçib vertalyotnan döyüş bölgəsinə yollayırmış. Gənc əsgərlərin kütləvi sürətdə şəhid olduqlarına görə Şəhid analarının şikayəti əsasında Elxan Orucova cinayət işi qaldırılıb . Elxan Orucov törətdiyi əməllərdən boyun qaçırmaq üçün öz əlindəki avtomatla sağ ayağını yaralamışdır. Hal-hazırda ATİ-nin direktoru vəzifəsində işləyir.
Buna fakt olaraq ATİ –nin Zabrat Hava Limanında Qaravul Rəisi işləmiş Elçin Süleymanov şəxsi heyəti incitdiyinə və rüşvət alma faktına görə bir neçə il əvvəl işdən çıxarılıb. Hal-hazırda ATİ-də İstiqamətlər üzrə xidmət rəisinin köməkçisi vəzifəsində işləyir
ATİ-nin Həmkarlar İttifaqı Komtəsinin sədri vəzifəsində işləmiş Etibar Cəbrayılov Konkret faktlar əsasında rüşvət üstə bir neçə il əvvəl aeroprtdan qovulmuş. Hal-hazırda ATİ-in direktorunun ümumi məsələlər ürzə müavini vəzifəsində işləyir.
Keçmiş Müdafiyə Naziri Rəhim Qazıyevin köməkçisi olan Əli Qurbanəliyev hal-hazırda Ati-in direktoru Elxan Orucovun köməkçisi işləyir. 888 saylı hərbi hissənin kamandiri olmuş 5 ton əti oğurlayıb satan zaman tutulub və cinayət işi qaldırılaraq işdən qovulmuş Ehtiqam Məmmədov hal-hazırda ATİ-də Daxili Təhlükəsizliyin rəisi vəzifəsində işləyir .
Rüşvət üstə Müdafiyə Nazirliyinin kadrlar idarəsindən çıxarılan Vidadi Məmmədov hal-hazırda aeroprtda kadrlar idarəsində işləyir. Ulu Öndərin adını daşıyan Beynəlxalq Aeroportun Aviasiya Təhlükəsizliyi sahəsi uçuşların təhlükəsizliyi ümumən Hava Limanının təhlükəsizliyi belə şəxslərin idarəçiliyində, başda Elxan Orucov olmaqla həyata keçirilir. Bu məqamda sual yaranır ki, minlərlə uçub gedən vətəndaşlarının və digər rəhbər şəxslərin təhlükəsizliyi digər cinayət törətmiş şəxslərin rəhbərliyi altındadır.(xeberman.com)
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300