Türkiyəli müğənni və rejissor Mahsun Kırmızıgülün lentə aldığı "Vezir parmağı” adlı yeni filminin iki rayonda yayımlanması qadağan edilib.

"Qafqazinfo”nun "DHA”ya istinadən verdiyi məlumata görə, Mersin şəhərinin Anamur rayonunun bələdiyyə sədri, MHP-li millət vəkili Mehmet Türe ilə Kayseri şəhərinin Dəvəli rayonunun bələdiyyə rəhbəri, AKP-li deputat Mehmet Cabbarın qərarına əsasən, film bu iki ərazidə yayımlanmayacaq.

M. Türe sosial şəbəkədə "Mən olduğum müddətdə Mahsun Kırmızıgül kimi birinin çəkdiyi "Vezir parmağı” və buna oxşar filmlər əsla Anamur sərhədləri daxilində yayımlana bilməz. PKK-ya simpatiyası olan, buna terror təşkilatı deye bilməyən və əməliyyatlara qarşı çıxaraq Türkiyəni təqsirləndirilən bu və bunun kimi sənətçilərə bizim də sözümüz olacaq” deyə yazıb.

M. Cabbar isə filmin milli-mənəvi dəyərlərə qarşı olduğunu iddia edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300