Evləri hələ də hazır olmayan vətəndaşlara nə pul qaytarılır nə də ev verilir

Beynəlxalq Bankın sabiq prezidenti, maliyyə xəyanətinə görə işdən çıxarılan və daha sonra həbs edilən Cahangir Hacıyev və MTN-nin sabiq rəhbəri Eldar Mahmudovla bağlılığı olduğu bildirilən "AAAF İnşaat” çətin vəziyyətlə üzləşib. Əslində tikinti şirkətinin problemlərinin yarandığı Cahangir Hacıyev ətrafında qalmaqalın başlaması ilə eyni zamana təsadüf etdi.

Məlumatlara görə, C.Hacıyevin "AAAF İnşaat” MMC ilə iş əlaqələrinin kökü milyonlara dayanır. C.Hacıyev bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verdiyi də yayılan məlumatlar arasındadır.

İndi bu hər iki şəxsin "vurulması” "AAAF Park”ın müflisləşməsinə və tikintinin dayanmasına səbəb olub.

Bütün tikinti işlərini dayandırıldığı "AAAF Park”dan ev alan insanlar isə çətin duruma düşüb.

Bizimxeber.az-a daxil olan məlumata görə, hətta ötən ildən ödəniş edilən binalarda da tikinti işləri başlamayıb. Bu vəziyyətin davam edəcəyini görən müştərilər "AAAF Park” rəhbərliyinə müraciət edərək vəsaitin geri qaytarılmasını tələb edirlər.

Lakin onlara vəsaitin geri qaytarılmasının hazırda mümkün olmadığı bildirilib və qeyd olunub ki, hazır evlər satıldıqdan sonra pulların qaytarılması mümkün ola bilər. Bu isə ən azı 1 il zaman tələb edir. Alıcılar onsuz da çətin vəziyyətdə qaldıqlarından 1 il sonra manatın daha da dəyərdən düşəcəyi qorxusu ilə vəsaitin tamamilə dəyərsizləşəcəyinin narahatlığını yaşayır. Ancaq "AAAF Park” verilən vədləri yerinə yetirmədiyinə görə alıcıların görüş tələbinə cavab vermir. Zərərçəkənlərin sözlərinə görə, görüş tələblərinə müsbət cavab alıb ödənilən vəsaitlər geri ödənilməyəcəyi təqdirdə kütləvi aksiyalara başlayacaqlar.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300