Azərbaycanda ali təhsilin bütün səviyyələri və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

 

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”, "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr” dərəcələrinin verilməsi Qaydaları”, "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları” və "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nə dəyişiklik edilib.

 

Bu dəyişikliklərə əsasən, rezidenturaya, magistraturaya və bakalavriat səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçiriləcək.

 

Indiyədək isə tələbə qəbulları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ( rezidentura səviyyəsi üzrə isə Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilirdi.

 

Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycanda cari ilin aprel ayında təsdiq edilmiş Dövlət İmtahan Mərkəzinin (DİM) Nizamnaməsinə əsasən, DİM publik hüquqi şəxsdir (TQDK və DQMK kimi mərkəzi icra hakimiyyəti orqanı deyil) və gələn ildən DİM-ə müvafiq fərmanla həvalə olunmuş vəzifələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300