Qadının feministi, idealisti, realisti olmur. Qadın qadındır. Eyni haqq ve hüquqlara sahib. Bunu bilib haqqını qoruyan var, susub kənara çəkilən var. Və tarix öz dəyişkən sivilizasyasında hüququnu tanıyıb haqqını müdafiə edən qadına feminist deyib. Bu bir idealogiyadır. Öz ayaqları üstdə durub, sözünü deyən qadın feministdir. 

Təbii ki, məqsədim burada feminizm haqqında vikipediya açmaq deyil. Sözümün məğzi ondadır ki, ölkəmizdə feminizmin nə olduğunu bilməyən kişilər mövcuddur. Və belə kişilərin əksəriyyəti qadına dair hərşeyi alçaldıcı birşey olaraq görüb, beyinlərinin mərkəzinə "kişilik" temaları yerləşdiriblər. 

Əvvəla hardan çıxdı bu mövzu onu açıqlayım. Deməli instagramda bir səhifə ilə qarşılaşdım Feminist nöqtə nöqtə nəsə (adını yazıb reklam eləmiyəcəm). Səhifənin də açığı feministliklə əlaqəsi yoxdu bildiyiniz ərgən ağlaşması və arada qadına aid bir-iki şablon cümlə satışıdı. Səhifənin adı bəlli söhbəti məlum. Bunu "follow" eləyən kişilərin də fikri məncə yetərincə məlum olmalıdır. Bir kişi feminist bir səhifəni bəyənirsə deməli qadına, qadın haqlarına, qadınların öz haqqlarını müdafiəsinə dəstək çıxır, alqışlayır. Bu belə olmalıdır məncə. Qəribə bir adətim var insanların fikirlərini bilməyi sevirəm, çox maraqlı gəlir mənə. Bəzən yüzlərlə də olsa azı 50-60 şərh oxuyuram sosyal şəbəkələrdə. Və inanın ki, oxuduqca millətimin bir təbəqəsi necə gözümdən düşür. Deməli adı çəkilən səhifənin admini kişi təqibçilərlə ciddi şəkildə mübarizə aparır. İki adam dəxli oldu olmadı hər posta fikir bildirir, ağzına gələni yazır. Kişilik elə gəldi belə getdili cümlələrlə nəyisə, nəyinisə qorumağa çalışır. Bunlar mənə batmırdı. O qədər olur ki, mənim də yazdıqlarıma zidd düşüncələrini paylaşan. Mövzu o da deyil. Mövzu həftələrcə vır vır kommentlərdə danışan adamın feminist nə deməkdi ki ? sualını şəklin altında fəxredirmiş kimi verməyi oldu. Günlərdir nəyə qarşı nəyi müdafiə etdiyini bilmirmiş  bu adam. A qardaş, a kişi sacadln, bilgin yoxdu heç olmaya araşdıraydın da. Google deyilən birşey var. Deyim ki, məzələnirdi yox. Hətta dözmədim səhifəyə "dm" atdım. Adminin qadın olduğunu dəqiqləşdirib söhbətə davam elədim. Qadın "Sən bir də bu səhifənin mesajlarını oxuyasan. Cavan-cavan oğlanlar özləri də universitet tələbələri feminizmin nə olduğunu soruşurlar" dedi. 

Mən əslində başqa gözlə baxsam o kişilərin(qadınların) düşüncələrini və yaxud düşüncəsizliklərini başa düşürəm. Başqa gözlə hansı ki, o müəyyən topluluğun bizə baxdığı göz. Deməli Azərbaycanda feminist adlı bir idealogiya və ya düşüncə ola bilməz. Qadın haqqlarını qorumaq istəyirsə özbaşınadı. Bunun adı özbaşınalıqdı. Qadın kişidən çox pul gətirirsə evə o qadının yanındakı kişi deyil əşi o qadın başsızdı. Qadın şiddətə məğruz qalıb,dözməyib, haqqını tanıyıb  ayrılmaq istəyirsə, Allah bilir nə həddə çatdırıb kişini döydürtməzdi özünü, O qadın əxlaqsızdı. Feminizim nədi? O nə olan şeydi? Biz adət-ənənəyə bağlı ölkəyik bizdə elə şeylər ola bilməz. Bizdə qadın haqqını qoruyursa əxlaqsızdı!!! nöqtə. 

Qınamıram. Bugün o səhifələrdə düşünmədən fikir bildirən insanları qınamıram. Fikirlər müxtəlifdir. Yerində və dozasında işlədildiyi müddətcə. Cahilcə fikri heçkim qəbul eləməz. Düşünülməmiş fikir, fikir deyil, onun bunun ağzından oğurluq cümlələrdi. İnsan özü hansı tərəfdə hiss edirsə orda durmalıdı. İdealogiyalar da müxtəlifdir, standartlar da. Təki fikrimiz sabit olsun. Qadın kimdir ki, onun haqqı da olsun deyən kişi feminst səhifələrə sırf qadın yığınıdı deyə qoşulmasın. Filmlərdə gördüyü oğlanlar kimi realda oğlan axtaran idealist qız gərək o ilk elçi gələn ağ corablı oğlana ərə getməsin, ölümünə müxalifəti dəstəkləyən siyasi düşüncə sahibi iqtidardan birini görən kimi yaltaxlanmasın, feminstəm deyib təpədən dırnağa qara dəri paltarlar geyinib,güclü qadın imici yaradıb küçələrə düşən qız, gərək gedən sevgilinin arxasından zır-zır ağlamasın. Fikirlər özünəməxsus və sabitdirsə düşüncələr sağlam olur, yox əgər fikirlər plagiyatdırsa çox da şey gözləməyin. Biz ki, qanun dövlətində adət ənənəylə yaşayan millətik.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300