Bakının, əhalisinin sıx olan rayonlarında vəziyyətin həmişə diqqətdə saxlanılması daha vacib olub. Zaman-zaman insanların rahatlıq tapdığı, sakit yaşamaq üçün seçdiyi Bakının Nizami rayonunda vəziyyət indi tamam dəyişib. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan rayon indi ən baxımsız rayonlar sırasındadır. 

Bizimxeber.az-ın araşdırmalarına görə, əslində son illərdə bu rayonda yollardan tutumuş, insanların yaşam səviyyəsinə kimi vəziyyət pisləşib, baxımsız bir rayona çevirilib. Nizami rayonu dedikdə əksəriyyətin yadına Qara-Qarayev metrosunun yaxınlığı düşür. Bu ərazi rayonun mərkəz küçələrindən biri sayılır. Metronun qarşısındakı Qara-Qarayev prospektdən başqa bütün küçələr bərbad vəziyyətdədir. Son bir neçə ildə təmir olunan yol yalnız bu prospektdir. Qalan bütün küçələrdə hərəkət etmək müşkülə çevirilib.

Sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, "NJT-2000” firması, "Bakı Şərab-1” ASC, "Azərtunelmetrotikinti” SC-nin Dəmir-beton Konstruksiyaları zavodu, "Körpü Tunel” ASC, "Bakı Diyircəkli Yastıq” ASC, "European-Tobacco Baku” ASC, "Bakı Yağ-Qida Sənaye” ASC, "Veysəloğlu” MMC, "Kaspi-Yıldız” MMC kimi müəssisələr, 18 bank filialı, Nizami Telefon Qovşağı, 7 rabitə şöbəsi, iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir. Buna baxmayaraq rayonun yol infrastrukturu düzəlmir ki, düzəlmir.

Bu ilin sentyabr ayında Nizami rayonuna icra başçısı təyin olunan Arif Qasımov hələ ki, ciddi bir layihə ilə yadda qalmayıb. Əksinə, yeni qaydalar qoyub ki, bunun da ərazidə yaşayan əhaliyə ziyandan başqa heç bir xeyri yoxdur.

Bizimxeber.az-a daxil olan şikayətlərdən də qeyd olunur ki, Arif Qasımovun bu rayona icra başçısı təyin olunması vəziyyəti kökündən dəyişib. Rayon ərazisindəki küçələrin bərbad olması, ağacların kəsilərək ərazilərin baha qiymətə satılması indi adi hala çevirilib. Küçələrin arasındakı ağaclıqların məhv edilərək 10-15 min manat alıənaraq çayxanaya çevirilməsi sıradan bir hadisə sayılır. Bütün bunlar azmış kimi, ərazidəki avtoyuma məntəqələrinin durmadan artması da maraq doguran hallardır. Vətəndaşlar bildirir ki, köhnə icra başçısının əməllərini davam etdirən A.Qasımovun daha bir gəlir yeri avtoyuma məntəqələrindən yığılan pullardır. Qaydaya görə, hər avtoyuma məntəqəsinin sahibi aylıq pul odəyir ki, bu da Arif Qasimovun adamları tərəfindən yığılır.

Əyləşdiyi kreslodan da göründüyü kimi, dəbdəbəni sevən Arif Qasimov yəqin ki, Siyəzən rayonu ilə Nizami rayonunu səhv salıb. Unidib ki, Nizami rayonu daim insanların rahat yaşadığı rayon olub və "köhnə dəyirmanda təzə nırx” olmaz…

Yaxın günlərdə Nizami rayonu ərazisindən hazırlanan geniş reportajı sizlərə təqdim edəcəyik…(bizimxeber.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300