Zeynal Məmmədli: "Onların sayının artırılmasına ehtiyac olub-olmadığını bazar müəyyənləşdirir”

 


Bu gün ölkəmizdə həm dövlət, həm də özəl televiziya kanalları fəaliyyət göstərir. Hansı ki, onlardan 4-ü dövlət (AzTV, İTV, Mədəniyyət TV, İdman Azərbaycan), 6-sı  özəl ( Space TV, ATV, Lider TV, Xəzər TV, ARB, CBC Sport) və bir neçə regional kanallardır. 

Regional kanallardan başqa özəl və dövlət kanalları bütün ölkədə yayımlanır. Bundan əvvəl ANS TV də bu siyahıda olsa da, məlum səbəblərdən bu ilin 18 iyulunda televiziyanın fəaliyyəti birdəfəlik dayandırılıb. Beləliklə, hazırda ölkədə cəmi 10 kanal yayımlanır. Bu isə Qafqaz ölkələri o cümlədən Gürcüstan və qonşu Türkiyə dövləti ilə müqayisədə xeyli kiçik göstəricisidir. Doğrudur, Gürcüstanda televiziya kanallarının sayı kifayət qədər çox olmasına baxmayaraq bütün ölkədə 4 kanal yayımlanır. Türkiyədə isə bütün ölkəyə yayımlanan kanalların sayı 24-dür, bizdən 2,5 dəfə çox.

Bəs, Azərbaycanda televiziya kanalları niyə azdır? Səbəb maliyyə problemidirmi, yəni bu sahə gəlirli sayılmadığı üçün ona maraq yoxdur, yoxsa ayrı səbəblər var? Media eksperti Zeynal Məmmədli mövzuya bu cür aydınlıq gətirdi:

"Gürcüstanda və Ermənistanda  bəlli səviyyədə sərbəst bazar var, özəlliklə də Gürcüstanda. Yəni medianın reklam bazarından pul qazanmaq imkanı mövcuddur. Eyni zamanda regional televiziyalara düşmək imkanı, yardım imkanı var və onların hər ikisində ictimai televiziyaların rayon filialları var və onlar  ictimai televiziyaya öz materialını satır. İctimai televiziya dövlət büdcəsindən maliyyələşir deyə, regional televiziyaların var olmasında, fəaliyyət göstərməsində dövlətin köməyi var, yəni büdcə vəsaiti ilə iştirak edir. Özəl televiziyalarla yanaşı, orada dövlət və bələdiyyə televiziyaları da mövcuddur. Bu strukturun üst pilləsidir. Bizdə isə bələdiyyələr hardasa qeyri-hökumət təşkilatı kimi bir qurumdur. Bütövlükdə bu maliyyələşmə məsələsi bir yandan olduğundan həm bazardan ,həm də dövlət büdcəsindən maliyyələşmə imkanı var. Bizdə bunlar yoxdur. O mənada ki, regional televiziyaların dövlət büdcəsindən maliyyələşdirilməsi yoxdur. Bəzi hallarda bəlkə müəyyən layihə-filan ola bilər. Lakin onların reklam imkanları çox məhdud olduğundan, bu say təbii saydır və az olmalıdır. Üstəlik, medianın fəaliyyəti ilə bağlı siyasi faktorlar, yəni azadlığın sərhədləri olmalıdır. Bu da ciddi səbəbdir, başqa səbəb axtarmağa dəyməz. Amma say elə də az deyil, birbaşa az adlandırmaq olmaz. Eyni zamanda regional televiziyaların texniki bazası və binaları həm Gürcüstan həm də Ermənistandan xeyli üstündür”.

Image result for Zeynal məmmədli

Media eksperti qeyd etdi ki, televiziya kanallarının sayının artırılmasına ehtiyac olub-olmadığını bazar müəyyənləşdirir: "Yəni hansı məhsulla bazara çıxdığı önəmlidir. İnformasiya, rayonların vəziyyəti, daxili xəbərlər baxımından televiziyaların sayının artırılmasına ehtiyac var. Amma  həmin televiziyalardan dediyimiz informasiyaları ala bilirlərmi? Üstəlik, bəlli bir bazar yoxdur. Sərbəstlik olmalıdır. Tutaq ki, reklam üçün nəsə verməliyəm. Baxaq görək orda bunun üçün məhsul istehsalı, inkişaf varmı? Nə ilə və necə reklam edəcəm? Bütün bunlar təsir edir. Televiziyaların özü həm də biznes sahəsidir. Əgər televiziyalar dövlət tərəfindən maliyyələşməyəcəksə, ona heç bel bağlamaq lazım deyil. Bu halda onlar sərbəst bazardan maliyyələşməlidir, bunun üçün də vətəndaşların, şirkətin pulu olmalıdır. Vətəndaş o zaman maliyyələşdircək ki, maliyyə qorxu yaratmasın və həmin televiziya kanalına çox adam baxsın. Bu gün televiziyalara çox baxılırmı? Bütün bunlar nəzərə alınmalıdır”.

Xalidə GƏRAY, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300