Bu ilin 9 ayında gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 172 fakt aşkarlanıb.

 

"ULUYOL.İNFO"  Reportyor.aza istinadən xəbər verir ki, fakt üzrə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim olunmuş hesabatda əksini tapıb.

 

Bu faktlar üzrə ümumilikdə 86 kq 372 qramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları, o cümlədən 5 kq 239 qram tiryək, 42 kq 086 qram marixuana, 29 kq 518 qram həşiş, 7 kq 870 qram heroin, 224 qram metadon, 2,272 qram kokain, 89,161 qram metamfetamin, 60 həb və 1,935 qram alprazolam, 46 qram fenobarbital, 10,014 qram klonazepam, 1 kq 282 qram kalium permanqanat və digərləri dövriyyədən çıxarılıb. Görülmüş tədbirlər nəticəsində 207 nəfər saxlanıb ki, bunlardan 180-i kişi və 27-si qadın olub. Saxlanılanlar arasında 176 Azərbaycan vətəndaşı və 31 xarici vətəndaş (27 İran, 3 Ukrayna, 1 Rusiya Federasiyası vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 28 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib. 157 halda narkotiklər İrandan, 4 halda Gürcüstandan, 3 halda Rusiyadan, 2 halda Ukraynadan, 1 halda Böyük Britaniyadan, 1 halda Niderlanddan, 1 halda Türkiyədən gətirilərkən, 1 halda Rusiyaya aparılarkən saxlanılıb. Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə ediblər.  Bu ilin 9 ayı ərzində 62 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb.  

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300