İki gün sonra Azərbaycanın bölgələrində orta məktəb müəllimləri üçün diaqnostik qiymətləndirmə üzrə imtahan keçiriləcək.

Uluyol.info A24.az-a istinadən xəbər verir ki, nəzərdə tutulan imtahanların səhər saat 7-yə təyin edilməsi bir çox müəllimlərin narazılığına səbəb olub. Xüsusilə, rayon mərkəzlərindən xeyli kənarda yerləşən kəndlərdə yaşayıb, işləyən müəllimlər o saatda başlayacaq imtahana vaxtında çatmağın çətin olduğunu bildirirlər. Onların sözlərinə görə, imtahana gecikməmək üçün azı iki saat əvvəl hazırlaşıb evdən çıxmaq lazımdır ki, bu da imtahan zamanı ciddi yorğunluq yaradır.

Əksər müəllimlər məsələ ilə bağlı sosial şəbəkədə ciddi narazılıqlarını bildirib, bu barədə statuslar yazıblar.

imtahan

Bu barədə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, sözügedən imtahanların erkən saatlara təyin olunması obyektiv səbəblərlə bağlıdır:

Kamran Əsədov - ekspert

"Qeyd edim ki, diaqnostik qiymətləndirmə üzrə imtahanlar dövlət başçısının müvafiq sərəncamı əsasında keçirilir və onun nəticələri əsasında müəllimlərin maaşlarının artım səviyyəsi müəyyən olunacaq. İmtahanların səhər saat 7-də başlaması isə obyektiv səbəblərdən irəli gəlir. Nəzərə alaq ki, ölkə üzrə sayları yüz səksən min nəfər olan müəllimlərin yüz qırx mini bölgələrdə yaşayırlar. Yəni yüz qırx min müəllim üçün bir gündə imtahan təşkil etmək və onun nəticələrini hesablamaq sadə məsələ deyil. Digər tərəfdən, elə düşünülməsin ki, imtahanlar hamı üçün saat 7-də başlayır.

Elə deyil. Bu imtahanlar seçilmiş zona mərkəzlərində – oradakı Olimpiya komplekslərində və ya başqa münasib binalarda təşkil olunur. İmtahanlar səhər saat 7-dən başlayaraq iki saat intervalı ilə keçiriləcək – 7-də, 9-da, 11-də və s. İlk imtahana nisbətən yaxın ərazilərdə yaşayan müəllimlərin buraxılmasına diqqət yetirilir. Məncə, saat 7-də imtahana gəlmək problem yaratmamalıdır. Etiraf edək ki, insanın vacib işi olanda, özünü istənilən vaxt istənilən əraziyə çatdıra bilir. Bu da bir dəfə keçirilən imtahandır. Həm də səhər saatlarında insanın şüuru daha aydın və çevik olur. Heç kəs inciməsin, amma vaxt məsələsini əsasən, hazırlıq səviyyəsi nisbətən aşağı olan müəllimlər bəhanə edə bilərlər”.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300