240252

Dekabrın 10-da Bakıda metronun "Qara Qarayev” stansiyasında uşaq oğurluğuna cəhd olub. Milli.az xəbər verir ki, bu haqda Yuliana Sultanova adlı qadın məlumat verib.

Y.Sultanovanın sözlərinə, dünən "Qara Qarayev” stansiyasında bir qadın onun 3 yaşlı körpəsini oğurlamaq istəyib: "Qadın bizə sakitcə, ətrafa baxmadan yaxınlaşdı. O, "Dərnəgül” stansiyasına doğru artıq hərəkət etməkdə olan qatara birlikdə minmək üçün uşağın əlindən tutdu. Allaha şükür ki, mən özüm metrodan qorxuram və oğlumun əlindən həmişə möhkəm yapışıram. Görəndə ki, uşağın əlini buraxmıram, qadın özü uşağı buraxıb qaçmağa başladı. Şokdan dilim tutulduğundan heç nə deyə də bilmədim”.

Y.Sultanova qadının əlamətlərini də açıqlayıb: "Anormal qadının boyu təxminən 1 m 60 sm, bədəni doludur. Açıq-qəhvəyi rəngli gödəkçə geyinib, başında papaq var. Sifəti, xüsusilə gözləri solğundur”.

Valideynlərin daim ayıq-sayıq olmalı olduğunu deyən ana onlara uşaqları tək buraxmamağı, əllərindən möhkəm tutmağı tövsiyə edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300