"Özünə gəl""Özünə gəl!" Qəlbimin içindən "tak-tak" səs gəlir! Səs-küy salan sən olduğunu deyirsən.. Yavaş ol,az qala qəlbimi dəlir! Ürəyim yerindən çıxacaq indi Elə bil ki,hirslə qapı döyürsən. Fonda musiqi gedir: -"O güne döneydim keşke bir defa..." Yolda keçmişin ilə toqqaşmısan.. Çox tanış qoxu yayılıb ətrafa Bu nədir?! Üst-başın ölü qoxuyur Mənli xatirələrə bulaşmısan?! Deyirsən ki-axı,necə gülürsən?!- Cizgi rol oynayır,üzüm səhnədir. "Əlayam" deyirəm,sən nə bilirsən Səsini içinə boğub,gözlərlə Bağıra-bağıra ağlamaq nədir?! Bəlkə bir gün özünü danlayarsan Çılğın qanam,bəbəkdən fışqırıram! Yəqin ki,gözlərimdən anlayarsan Dilim də gəlmir,sənə bir söz deyəm.. Gözlərimlə üstünə qışqırıram! Sevgi-hislər şahı! O bir müqəddəs! Müqəddəsçün ölmək şəhid anlığı! Evdə anasının gözləri dolur. Külqabı da kül qəbiristanlığı Hər dəqiqə bir siqaret şəhid olur! Dəyişiklik olmadı bir adında Elə dəyişdin,tanıya bilmədim! Əgər ki,nə vaxtsa axtarsan məni Ünvanı deyirəm,saxla yadında, Özünə gəl,orda gözləyirəm səni! *** "Şeir yazacam!" Elə bir şeir yazacam.. Elə şeir yazılmayıb.. Nə başlığı doğulmayıb Nə nöqtəsi qazılmayıb.. Elə bir şeir yazacam.. Qəlb dağının qarı kimi.. Küçədə yatan uşağın Yamaqlı şalvarı kimi.. Elə bir şeir yazacam.. Suyundan ucuzdu yemi.. Acından günorta duran Ailə başçısı kimi.. Elə bir şeir yazacam.. Gözdən pərdələri cıra.. Saçından özünü asmış Əyyaş qadın canlandıra.. Elə bir şeir yazacam.. Uzaq gözdən sezilə tük.. Ən cılız cücüdən kiçik, ''Böyük partlayış"dan böyük.. Elə bir şeir yazacam.. Fəryad edəsən ki -"Əl çək!" Gah gedər,gah da qayıdar ''Apendiks'' ağrısı tək.. Elə bir şeir yazacam.. Hər kəs dərin nəfəs ala.. Bəndələr yerdə,göydəsə Tanrı ağzı açıq qala.. Elə bir şeir yazacam.. Sonuna doğru incələ.. Oxuyub,hiss edən zaman Ondan şeir iyi gələ.. *** "Hislərin məhkəməsində!" Fikirlər fikrini deyərkən mənə Həsrət hıçqırığı var nəfəsində.. Hislərin hökmüylə ayrıldıq,yenə Görüşdük hislərin məhkəməsində.. Sevgi susub,yalnız özün incidir Həsrət oldu-əsil sevgi şahidi.. Qürur digər tərəfdən çıxış edir Beyin də hakimin yerində idi.. Heç biri məhbəsə deyildi layiq.. Ağız,göz və qulaq olay qasidi.. Vəkillərin yerində durdu məntiq.. Şikayətçi isə qırıq qəlb idi.. *** "Fərqlidir!" -Sol tərəfdə duranla sol başqadır.. Əlləri gəzdirənlə qol başqadır.. Doğru yol başqadır,düz yol başqadır.. Çünki doğrular ilə düz fərqlidir! -Bəzən gözlər bəbəklərə qarışır.. Bəbəklər sadəcə,görür,qamaşır.. Gözlər bəzən görür,bəzən danışır.. Yəni bəbəklər ilə göz fərqlidir! -Əlbəttə dərədən fərqlidir çökək.. Fərqli olub-arzu,istək və dilək.. Hər ağızdan çıxana söz deməyək.. Dilin dediyi ilə söz fərqlidir! -Fərqləri var damarın da,qanın da.. Cismin də,ruhun da,hətta canın da.. Nə olsun ki,həmdəmi var yanında?! Çox vaxt xəyallardakı üz fərqlidir! *** Sonunu göstərməyən yaşıl çöllər..
Qürurlu,təkəbbürlü dağlar..
Uzanıb istirahət edən buludlar..
Gözəlliklərini nümayiş etdirərək podyuma çıxdıqlarını zənn edən ağaclar..
Kimsəsiz və kimsəli,çölü pis,içi bir şəxsin həyatı olan evlər.. İki güzgünün ortasında dayanarkən uzanıb gedən sonsuz "sən"ləri xatırladan yollar.. Zövqün ayaqlarını ruha salladaraq yelləndiyi yelləncəyi yellədən musiqi.. Beyin üçün mənzərə süzən saqi gözlər..
Bir də ağcaqanad gürcü qızları..
 
 
 
   İNQİLAB NASEH

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300