Hacıbala Abutalıbov sahibkarlara 30 milyon ziyan vurub Son günlər mətbuatda dərc olunan xəbərlərdən bəlli olur ki, Bakı ŞİH heç bir səbəb göstərmədən "Orbit A.M.Ə” MMC-nin inşa etdiyi binaları sökür.


 
Şirkətin icraçı direktoru Faiq Rüstəmli bildirib ki, Bakı ŞİH başçısı Hacıbala Abutalıbov 27.07.2005-ci il tarixdə verdiyi 203 saylı sərəncamı 10 il sonra, yəni 21.09.2015-ci il tarixli 393 saylı sərəncamla heç bir səbəb göstərmədən ləğv edərək Suraxanı İH-ə göstəriş verib ki, şirkətə məxsus 8 mərtəbəli binalar sökülsün və tələb edib ki, həmin binadan mənizl alan vətəndaşların zərərini şirkətin rəhbərliyi ödəsin. Və şirkətə heç bir xəbər edilmədən binalar darmadağın edilib. Şirkətə təxminən 30 milyon manat ziyan dəyib. Üstəlik 3 ay müddətində şirkətin rəhbərliyi dəfələrlə Hacıbala Abutalıbovla görüşməyə və problemi sivil qaydada müzakirə etməyə cəhd etsələr də, şəhərin meri onları qəbul etməyib. Bütün bunlara baxmayaraq, şirkətin rəhbərliyi özlərini çox təmkinli apararaq, əlavə problem yaratmamaq üçün problemin mətbuatda işıqlanmasına icazə verməyiblər.

 
Şirkətdən bizə təqdim edilən sənədlərdən bəlli olur ki, 10 il əvvəl Hacıbala Abutalıbovun 27.07.2005-ci il tarixdə verdiyi 203 saylı sərəncamla Suraxanı-Hövsan yolunun üstündə "Orbit A.M.Ə” şirkətinə tikinti işləri aparmaq üçün 7,4 hektar torpaq sahəsi ayrılıb. 29.03.2007-ci il tarixdə 116 saylı sərəncamla şirkətə burada yaşayış kompleksi salmağa icazə verilib.

 
Verilən sərəncam əsasında yaşayış kompleksinin layihəsi işlənib hazırlanıb. Layihə Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırılıb. Layihə əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsindən, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətindən, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsindən rəylər alınıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyi tikinti-quraşdırma işlərinin aparılmasına icazə verib. Bu günə kimi iki 8 mərtəbəli (biri zirzəmi) bina tam tikilib, iki binanın özülü atılıb, bir binanın birinci mərtəbəsi işlənib. Mənzillərin bir hissəsi vətəndaşlara satılıb.

 
Lakin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov təxminən 10 il sonra gecə yuxuda nə görübsə, səhərisi günü 21.09.2015-ci il tarixli 393 saylı sərəncamla yuxarıda göstərilən sərəncamları heç bir səbəb göstərmədən ləğv edib. Hazırda binaların söküntüsü davam edir. Şirkətin direktoru qeyd edib ki, əgər bizim əmlakımız dövlət ehtiyacı üçün sökülürsə, biz etiraz etmirik: " Amma qanunla bizə dəyən zərər ödənilməlidir. Ölkə başçısı möhtərəm prezidentimiz İlham Əliyev cənabları da dəfələlə bildirib ki, iş adamları incidilməməli və onlara dəyən zərər ödənilməlidir”.

 
Amma Hacıbala Abutalıbov və digər səlahiyyətli şəxslər MMC-nin sahibləri ilə hətta danışmaq istəmirlər. Bu arada o da məlum olub ki, sökülən binalardan birində mənzil alan vətəndaşlardan biri öz hüquqlarını qorumaq məqsədi ilə söküntünün dayandırılması üçün Suraxanı məhkəməsinə müraciət edib. Və hakim Elçin Ağayev 04 dekabr 2015-ci il tarixli qərardadı ilə vətəndaşın iddiasını təmin edib. Ancaq hakimə necə hədə-qorxu gəliblərsə, hakim 07 dekabr tarixli qərardadı ilə öz qərarını ləğv edib.

 
Yazı çapa hazırlanarkən məlum oldu ki, bu gün ( dekabrın 10-u ) Suraxanı məhkəməsi 3-cü dəfə qərarını dəyişərək vətəndaşın iddiasını yenidən təmin edib. Bütün bunlar onu bir daha sübut edir ki, paytaxtın meri Hacıbala Abutalıbov ölkə qanunlarını kağız parçası hesab edir.
 
 
İlkin
Bizimxeber.az


dedeqorqud (26) dedeqorqud (25) dedeqorqud (24) dedeqorqud (23) dedeqorqud (22) dedeqorqud (17) dedeqorqud (18) dedeqorqud (19) dedeqorqud (20) dedeqorqud (21) dedeqorqud (16) dedeqorqud (15) dedeqorqud (14) dedeqorqud (13) dedeqorqud (12) dedeqorqud (11) dedeqorqud (10) dedeqorqud (9) dedeqorqud (8) dedeqorqud (7) dedeqorqud (6) dedeqorqud (5) dedeqorqud (2)

dedeqorqud (26) dedeqorqud (25) dedeqorqud (24) dedeqorqud (23) dedeqorqud (22) dedeqorqud (17) dedeqorqud (18) dedeqorqud (19) dedeqorqud (20) dedeqorqud (21) dedeqorqud (16) dedeqorqud (15) dedeqorqud (14) dedeqorqud (13) dedeqorqud (12) dedeqorqud (11) dedeqorqud (10) dedeqorqud (9) dedeqorqud (8) dedeqorqud (7) dedeqorqud (6) dedeqorqud (5) dedeqorqud (3)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300