Yaşadığım çinarlar şəhəri xəzanına bürünübdür, payız. İllər bir-birini əvəz edir, qış gəlir, yaz gəlir, yay gəlir, ancaq payızın yerini heç bir fəsil vermir, çünki payız ağlayır, yarpaqlar saralır, insanlar kövrəlir və soyuqluğu hiss edir. Payız ayında kəndə gedirəm, küçələri dolaşıram, dolaşıram meşələri, Cıdır düzlərini payızın ağlamağını görürəm hər ağac altından keçəndə bir yarpaq ya başımın üstünə, ya ətəyimə düşür, bu yarpaqlar ağacların göz yaşıdır, bu yarpaqlar sevənlərin göz yaşıdır, gözü yolda qalanların sirdaşıdır, salam payız, salam payız. Bu payız mənə uşaqlıq illərimi xatırladır, bu payız mənə ağlayan günlərimi xatırladır, ağrılı-acılı olsa da ayrıldığım o qızı xatırladır, xatirələr yadıma düşür, salam payız…

Payız gəldi, gözlədiyim Qatar gəlmədi, hər gün gedib qatarı gözlədiyim. 12-30 dəqiqə hər an yadıma düşür, kövrəlirəm, ağlayıram, mənə köməklik edən göz yaşlarıma şərik olan payız olur, salam payız… Bir vaxtlar gözləyirdim bu qatarı, gəlirdi qatar… Qatar gələnə kimi, Avtovağzal küçəsində tək olardım. Sanki insanlarda bilirdi onu gözləyirəm, qeybə çəkilərdilər. Öz-özümə söhbət edib payızın narın-narın yağışı, xəzanı, küləyi ilə xısın-xısın danışardım. Bu payız gəlmədin, gözlədim səni qatar, salam payız, salam payız…

Nədən bu payızda tək qaldım? Tənha bir quş qaldım, yuvadan uçdum, qondum payızın xəzanına, qondum nisgili ürəklərin yarasına, qondum tənha qalanların pəncərəsinə, qondum gözü yaşlı insanların kipriyinə, qondum sevənlərin yollarına, bu payızda, yenə gəldin payız? Xoş gəlibsən payız. Salam payız, salam payız. – Payız, sən gəldin nisgili ürəyimi, qəmli gözlərimi, çatlayan dodağımı, təzələdin, payız. Bir qutu siqaret, pürrəngi çay, mənim hədiyyəmdi, payız. Oturmuşam odun sobasının yanında, xatirələri yadıma salıram, kövrəlirəm, yuxu kimi düşünürəm, nağıl kimi düşünürəm, tez-tez çıxıram küçəmizə yolboyu baxıram, küçədi dəə, uzanır gedir, heç kim yoxdur, bomboşdur, küçə yarpaqlara bürünübdür, sirlərə bürünübdür açan yoxdur bu sirləri, nədən payız? Ayağımın altında yarpaqlar xışıldayır, onun mənə pıçı-pıçı dediyi sözləri xatırlayıram, onun mənə sakitcə utancaq sevirəm dediyi sözü xatırlayıram, əllərindən tutmağımı, soyuq barmaqlarını isitməyimi xatırlayıram, sevəsən payız, keşkə sevməyi də öyrədəsən, sevəsən payız bir nəfəsdə doğulmağı da öyrədəsən, bilirsən kimi deyirəm? O qızı deyirəm, payız. Xatırladın onu? Salam payız, salam payız. Tanrı bəşəriyyəti yaradıb, düzdü, payız ? Hörümçək toru, arı pətəyi, qarışqa yuvanı yaradıb, düzdü payız? Kaş ki, məndə payız yarpaqlarından özümə yuva qurmağı bacarardım, payız… Bağlar xəzanın bürünübdür payız… Bu xəzanların səsi çayların şırıltısı kimi eşidilir, payız. Bulaqların saf suyu kimi tər-təmiz görünür xəzanların payız. Sən qocaların əsasısan… Sən ağbirçək anaların örpəyisən… Sən kövrək ürəklərin sirdaşısan… Sən çadırdakı köçkünlərin şamısan, çırağısan, ümidisən, payız. Bilisən nə yadıma düşüb, payız? Xəzanının üstündə dolaşırdıq, birdən gözüm saralmış yarpaqların altındakı üstü palçıqlı üzüyə sataşdı, yadındadı, payız? Mən o üzüyü götürdüm, onun barmağına taxdım, şahidimiz oldun bizim o anda yadına düşdü, payız, o xoş anlar? O anlar yenə gəlməz, payız, səni, onu xatirələrimdə saxlayacam bir ömür boyu, üşüsəm də, soyuqluğu hiss etsəm də, o anlara dönəcəm-dönəcəm, payız…. Səndən qisas almaq istəyirəm, payız, növbə məndədir, Səni unutmaq istəyirəm, unuda bilmirəm, unutsam nələri unudam gərək, payız. Mən payızı xoş anlarla keçirməyi istəyərdim, mən payızda sevə-sevə yaşamağı arzu edirdim… Ömür boyu bir dam altda yaşamağı arzu edərdim, nədən məyus qaldı bu arzular, payız? İllərdir görmürdüm onu, bu gün təsadüfü rastlaşdım xəzanın üstündə, payız. Özgə qollarında gördüm… . Körpəsi qucağında, ruhu məndə, cismi xəzanın üstündə idi. Yenə bizi qovuşdurdun, payız. Salam payız, salam payız. Bəlkə bu şəhərdə yaşamasaydım bu qədər onu xatırlamazdım. Yaşadığım çinarlar şəhəri xəzanına bürünübdür, payız. Elə bu şəhərdə bu xəzana görə çinarlar şəhəri adlanır. Ömür kitabımı sənin fəslində yazdığıma görə bilirsən nə qədər məyus oluram, payız!

azer

 Azər Allahverdiyev

Gənc yazar

(Gəncə Şəhəri)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300